main-post-cover

    Google şirkəti Android 10-un stabil versiyasını təqdim etdi

    Elm & Texnologiya
    04.09.2019
    Farid Pardashunas
        Google şirkəti yeni Android 10-nun stabil versiyasını (final versiyası) təqdim etdi. Adının dəyişilməsindən əlavə olaraq yeni əməliyyat sistemi bir sıra yeni funksiyaları da əldə edib. Onların arasında naviqasiya üsulunun dəyişimi, konfidensiallıq ayarlarının təkmilləşdirilməsi və bildirişlərlə yeni qarşılıqlı əlaqə növləri var. Yeni Android versiyasının yeni imkanları ilə bir sıra smartfon modellərinin istifadəçiləri artıq bugündən etibarən tanış ola bilərlər. Bu barədə 9to5google saytı xəbər verib.
    Smart Reply:
        Smart Reply funksiyası Android 10-da sistem səviyyəsində istifadəyə verilib. Bu funkisya vasitəsilə bütün daxil olmuş mesajlara hazır cavablar hazır şəkildə olur. Əgər daxil olmuş mesaj hansısa səhifənin linkini və ya ünvanı özündə birləşdirirsə, Android 10 həmin səhifənin və ya ünvanın baxılması üçün nəzərdə tutulmuş servisin aktivləşdirilməsini təklif edəcək. İkifaktorlu autentifikasiyaya sahib mesajları isə ekrandakı xüsusi düymə vasitəsilə çox rahatlıqla kopyalamaq mümkün olacaq.
    Konfidensiallıq:
        Android 10-nun sistem menyusunda istifadəçi reklam ayarlarını redaktə edə və tətbiqlərin, geolokasiya məlumatlarını yalnız çalışdıqları zaman əldə etmələrini təmin edə bilər. Bundan əlavə olaraq əgər tətbiq real zaman ərzində smartfonun yerləşdiyi yer barəsində məlumatları əldə etsə, sistem mütəmadi olaraq bu barədə bildirişi smartfon ekranında əks etdirəcək. Təhlükəsizlik və konfidensiallıq üçün nəzərdə tutulmuş sistem yenilənmələrinin daha effektiv şəkildə smartfona çatdırılması üçün Google şirkəti Project Mainline funksiyasını təqdim edib. Bu funksiya vasitəsilə sistem yenilənmələri Google Play-dən tətbiqlərin yüklənməsi kimi çox sadə şəkildə yüklənir.
    Yenilənmiş naviqasiya:
        Android 10-nun əsas sistem yenilənmələrindən biri də jestlər vasitəsilə naviqasiya sistemi olub. Beləliklə ekrandakı düymələrin yerinə ekranın aşağı hissəsində yerləşdirilmiş nazik ağ zolaq gəlib. Bu zolağın yuxarı istiqamətə sürətli swype prosesi istifadəçini smartfonun ana ekranına qaytaracaq. Aşağı sürətli swype prosesi isə icmal ekranını işə salır. Sağ istiqamətə swype prosesi istifadəçini ən son işə salınmış tətbiqə yönləndirir. Geri qayıtmaq üçün istifadəçi sadəcə olaraq barmağını ekranın sol və ya sağ kənarına toxundurmalıdır. Android 10-un yeni jest idarəetmə sisteminə keçid etmək istəməyən və standart 3 düyməli sistemdə qalmaq istəyən istifadəçilərə görə Google şirkəti OEM istehsalçılara sistem interfeysində 3 düyməli naviqasiya özəlliyinin qalmasını təklif edir.
    Dark Mode:
        Android 10-də Dark Mode rejimi sistem səviyyəsində reallaşdırılıb və əməliyyat sisteminin istənilən elementinə tətbiq edilə biıər. Bura həmçinin ayarlar menyusu və bildirişlər paneli də daxildirlər. Dark Mode rejiminə sürətli keçid prosesi həmçinin bir çox Google servislərində də dəstəklənir. Həmin tətbiqlər standart interfeys ayarlarını yadlarında saxlayacaqlar.
    Kosmetik dəyişikliklər:
    - Bütün multimedia bildirişləri işə salınma proqressinin indikatorunu əldə ediblər
    - Bundan sonra fon rejimində hansısa musiqinin səslənməsi zamanı bloklanma ekranı həmin musiqinin albomunu əks etdirməyəcək. Beləliklə Always on Display rejimində smartfon ekranında musiqinin və onu ifa edən şəxsin bütöv adı əks olunacaq
    - Ortaq keçidə sahib fotoya və ya URL ünvana ön baxış imkanını verən funksiya əlavə edilib
    - Google Camera 6.3 versiyasında gecə çəkilişi rejimi üçün nəzərdə tutulmuş düymə əlavələr qovluğundan əsas interfeysə keçirilib
    - Əgər avtodöndərici funksiyasının deaktiv olduğu halda smartfon ekranı yenə də çevrilirsə, sistem virtual ekran düyməsini təqdim edəcək və həmin düymə vasitəsilə istifadəçi yenidən adi ekran rejiminə qayıda biləcək.
        Bundan əlavə olaraq Android 10-a sakit bildirişlər funksiyası da əlavə edilib. Bu funksiya vasitəsilə gəlmiş bildirişlər ekranda əks olunmurlar və xüsusi səs vasitəsilə istifadəçini narahat etmirlər. Bununla yanaşı daha bir funksiya vasitəsilə istfadəçi öz diqqətini ayıran bir sıra tətbiqləri bloklaya bilər. Həmçinin Chrome brauzerində istifadəçinin bir xeyli vaxt keçirtdiyi səhifələrə də bundan sonra istifadə üzrə zaman limiti qoymaq mümkün olacaq. Yeni Android 10 artıq bütün Pixel smartfon modellərinin istifadəçiləri üçün aktivdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər