Google şirkəti Avropa komissiyasının cəriməsindən sonra Android'i ödənişli edə bilər

Google şirkəti Avropa komissiyasının cəriməsindən sonra Android'i ödənişli edə bilər

Texnologiya
19.07.2018 PAYLAŞIM

    Biz dünənki xəbərimizdə bildirmişdik ki, Avropa komissiyası Google şirkətini 4.3 milyard avro (5 milyard dollar) dəyərində cərimələyib. Bunun səbəbi isə şirkətin antimonopoliya qanunvericiliyini pozması olub. Komissiyanın qərarında bildirilib ki, Google şirkəti Android smartfonlar bazarındakı hegemonluğundan istifadə edərək öz axtarış sisteminin və Chrome brauzerinin inkişafına nail olub. Google şirkətinin CEO-su Sundar Pichai bu məsələ ilə bağlı fikrini artıq bildirib. Avropa komissiyasının mütəxəssislərinin fikrincə Google şirkəti Android smartfonlar bazarındakı hegemonluğundan təkcə öz axtarış sisteminin və Chrome brauzerinin inişafı üçün istifadə etmir. Bununla yanaşı şirkət həmdə smartfon istehsalçılarına da belə üsulla təsir edir.

    Məlumatda bildirilib ki, Google, öz Android versiyalarında smartfon istehsal edən digər şirkətləri məhdudlaşdırır. Bundan əlavə olaraq şirkət rəqiblərin servis və tətbiqlərini deyil öz məhsullarının smartfonlarda yerləşdirilməsi üçün istehsalçılara və mobil operatorlara pul da ödəyir. İndi isə Google şirkəti 90 gün ərzində Avropa komissiyası tərəfindən təyin edilmiş cəriməni ödəməli və komissiyanın şərtlərini yerinə yetirməlidir.

Bənzər xəbər



“Əgər smartfon istehsalçıları və mobil şəbəkə operatorları bizim tətbiqlərimizi öz geniş cihazlar siyahısına əlavə etməsələr, bu, Android ekosisteminin balansının pozulmasına gətirib çıxaracaq. Əməliyyat sisteminin hal hazırki biznes modeli bizə ondan istifadə üçün istehsalçılardan ödəniş almamağa və onun idarəolunan yayılma modelindən asılı olmamağa imkan verirdi. Biz narahatıq ki, bugünki qərar bizim Android ilə birgə yaratdığımız balansı pozacaq. Bu həmçinin açıq platformalara deyil, qapalı sistemlərin dəstəyinə olan narahatedici siqnaldır” – deyə Sundar Pichai bildirib.

    Bundan əlavə olaraq o qeyd edib ki, Android əməliyyat sistemi ilə birlikdə şirkət həm istehsalçılar həmdə istifadəçilər üçün geniş seçim azadlığı verir. Lakin Avropa komissiyası bunu nəzərə almır. Sundar Pichai-nin sözlərinə əsasən Avropa komissiyasının qərarı Android-in biznes modelinə təsir edə bilər. Android-in istifadəyə verildiyi vaxtdan bəri Google şirkəti əməliyyat sistemini tamamilə pulsuz yayırdı. Şirkət sadəcə olaraq smartfon stehsalçıları və mobil operatorlardan öz tətbiq və servislərinin cihazlara inteqrasiyasını tələb edirdi. Google şirkətinin əsas gəlir mənbəyi reklamlardır. Avropa komissiyasının tələbləri isə bu imkanın üzərindən xətt çəkir. Bunun nəticəsində şirkət Android-in gəlirli olmasının digər yollarını axtaracaq. Bu üsullardan biri isə Android-dən istifadə üçün istehsalçılara lisenziya tətbiqi ola bilər. Bu isə öz növbəsində smartfonların qiymətlərinə təsir edə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...

×