Google şirkəti Çin üçün olan Dragonfly adlı axtarış sistemi layihəsindən imtina etdi

Google şirkəti Çin üçün olan Dragonfly adlı axtarış sistemi layihəsindən imtina etdi

Texnologiya
18.12.2018 PAYLAŞIM

    Google şirkəti Dragonfly adlı layihənin üzərindəki işi dayandırıb. Buna isə şirkətdaxili münaqişələr səbəb olublar. Bu barədə öz mənbələrinə istinadən The Intercept saytı xəbər verib. Məlumata əsasən layihənin bağlanması Google şirkətinin top menecerlərinə və şirkətin CEO-su Sundar Pichai-yə əsl zərbə olub. Belə ki, Çində Dragonfly axtarış sisteminin istifadəyə verilməsi əsas prioritetlərdən biri idi. Bu ilin avqust ayında The Intercept saytı bildirmişdi ki, Google şirkəti Çin vətəndaşlarının axtarış sorğularını təyin edən 265.com adlı saytdan istifadə edib. Həmin sayt şirkət tərəfindən 2008-ci ildə alınıb.

    İstifadəçilər həmin saytda xəbərləri, digər saytları, fotoları və videoları axtara bilərlər. Özü-özlüyündə 265.com saytı sorğuları emal etmir. Lakin onları Baidu şirkətinə göndərir. Baidu isə Google şirkətinin Çindəki ən böyük rəqibidir. Məlumata əsasən Dragonfly axtarış servisinin prototipinin yaradılması üçün Google şirkəti 265.com saytının axtarış sorğuları barəsində məlumatları əldə edirdi. Daha sonra layihənin komandası BeaconTower adlı xüsusi alət yaratdı. Bu alət isə Google axtarış sistemində hansı sorğuların Çinin senzura sistemi tərəfindən bloklandığını təyin edirdi.

Bənzər xəbər


    BeaconTower tərtibatçılara minlərlə qadağan olunmuş saytlardan ibarət siyahının yaradılmasında yardımçı oldu. Daha sonra tərtibatçılar həmin saytları Dragonfly layihəsinə inteqrasiya etdilər. Beləliklə Dragonfly axtarış sistemi Wikipedia saytını və ya BBC mediaholdinqinin saytlarını bloklaya bilirdi. Google protokolu adətən insanların axtarış sorğuları ilə istənilən əməliyyatı məhdudlaşdırır. İstifadəçilərin məlumatları ilə olan əməliyyatlar istifadəçilərin hüquqlarını qoruyan konfidensiallıq komandası tərəfindən idarə olunmalıdır. Lakin sözügedən komanda şirkətin 265.com adlı saytla çalışmasını yalnız The Intercept saytının məqaləsindən sonra xəbər tutub.

    Daha sonra konfidensiallığın qorunması ilə məşğul olan komanda iştirakçıları Dragonfly layihəsinin top menecerlərini sərt şəkildə tənqid ediblər və 265.com saytının məlumatları ilə çalışmaqdan imtina etməyə nail olublar. Məlumata əsasən həmin saytdan olan məlumatlar Dragonfly layihəsinin ayrılmaz hissəsini təşkil edirdi. Saytdan olan məlumatlardan imtina səbəbilə Dragonfly layihəsinin inkişafı bir xeyli ləngiyib.

    Hal hazırda Dragonfly üzərində çalışan tərtibatçılar Çindən olan məlumatlar ilə deyil, çin dilində olan qlobal məlumatlardan istifadə edirlər. Həmin məlumatlar digər ölkələrdə yaşayan çin dilli insanlardan gəlir. Lakin bu məlumatlar Çinin daxilindən gələn məlumatlardan çox fərqlənirlər. Bu isə öz növbəsində Dragonfly layihəsinin inkişafını qeyri-mümkün edir. Bundan əlavə olaraq layihənin bir neçə mühəndis qrupu layihədən kənarlaşdırılıb. Beləliklə The Intercept saytının verdiyi məlumata əsasən Dragonfly barəsində məlumatların sızdırılması və şirkət əməkdaşları tərəfindən sərt tənqid nəticəsində Google şirkəti bu layihəni təxirə salıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..


Porsche Design Acer Book RS | Video İcmal

Porsche Design Company və Acer-in birlikdə ərsəyə gətirdiyi biznes notebook. Premium seqmenti hədəfl..

×