
Google şirkəti də Facebook kimi xüsusi tətbiq ilə iPhone istifadəçilərinin məlumatlarını əldə edirmiş
Elm & Texnologiya
31.01.2019
Emil
Apple
şirkətinin konfidensiallıq siyasətindən təkcə Facebook şirkəti deyil həm də Google
şirkəti yan keçib. Belə ki, Techcrunch saytının verdiyi məlumata əsasən Google şirkəti də xüsusi tətbiq vasitəsilə istifadəçilərin aktivlikləri barəsində məlumatları əldə edirmiş. Screenwise Meter adlı tətbiq 2012-ci ildən dünənki günə kimi mövcud idi. Techcrunch saytının məqaləsindən sonra Google şirkəti sözügedən tətbiqi sildi.
Bu tətbiq də Apple şirkətinin korporativ tətbiqlər sertifikatına əsaslanırdı. Buna görə də bu tətbiq yalnız şirkət daxilində proqram təminatının hazırlanması və yayılması məqsədi üzrə istifadə edilməli idi. Praktiki cəhətdən isə 18 yaşından yuxarı hər kəs Screenwise Meter tətbiqindən istifadə edə bilərdi. Hətta 13 yaşından yuxarı şəxslər də bu tətbiqə qoşula bilirdilər.

Facebook kimi Google da bu tətbiq vasitəsilə öz məlumatlarını ötürən şəxslərə pul ödəyirdi. Daha doğrusu həmin şəxslər pul ilə deyil, hədiyyə kartları vasitəsilə mükafatlandırılırdılar. Apple şirkətinin qanunlarına riayət etməyən şirkətlər ilə Apple sadəcə olaraq əməkdaşlığı dayandıra bilər. Facebook ilə bu qərar artıq qəbul edilib. Buna görə də heç istisna deyil ki, Google şirkəti də bu baxımdan problemlə qarşılanmayıb.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
