main-post-cover

    Google şirkəti dünyanın ən yaxşı çatbotunu yaratdığını elan etdi

    Elm & Texnologiya
    30.01.2020
    Farid Pardashunas
        Virtual assistentlərin ildən-ilə daha da təkmilləşdirilməsinə baxmayaraq onlarla sadə dialoq qurmaq hələ də qəliz məsələ olaraq qalır. Lakin Google şirkəti bu işdə daha da irəli gedib. Belə ki, şirkət yeni çatbotun təkmilləşdirilməsi üçün neyroşəbəkədən istifadə edib. Nəticədə sözügedən yeni çatbot adi insan kimi hər hansı bir şəxslə istənilən mövzuda söhbət apara bilər. Bu barədə The Next Web saytı xəbər verib. Meena adlı yeni çatbotun tərtibatçıları qeyd ediblər ki, bu çatbot dialoqun 2.6 milyard parametrə görə qiymətləndirilməsi özəlliyinə sahib neyroşəbəkə üzərində qurulub.
    Google
        Nəticədə Meena digər hansısa süni zəka sistemindən fərqli olaraq insanla daha yaxşı ünsiyyət qura bilir. Çatbotun təkmilləşdirilməsi üçün 40 milyard söz kombinasiyasından istifadə edilib. Sosial şəbəkələrdəki ünsiyyət yazıları da daxil olmaqla bu cür mətn məlumatlarının ümumi həcmi 341 GB təşkil edir. Meena-nın kodlaşdırıcı sistemi söhbətin kontekstini anlaya bilir. 13 proqram dekoderi isə çatbot üçün uyğun cavabları tərtib edir.
        Google şirkətinin verdiyi məlumata əsasən bu yeni çatbotun hazırlanması çərçivəsində GPT-2 adlı neyroşəbəkənin (OpenAI tərəfindən yaradılıb) yaradılmasında emal olunmuş məlumatdan 8.5 dəfə daha çox məlumat emal edilib. Google şirkətinin daxilində botların insanlarla ünsiyyətləri zamanı cavabların spesifikliyini və məntiqliyini təyin edən xüsusi sistem yaradılıb. Həmin sistem Sensibleness and Specificity Average (SSA) adlanır. Şirkətin qiymətləndirməsinə əsasən yeni çatbot az fərq ilə real insandan geri qalır.  
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər