
'Google' şirkəti foto və videonun redaktə olunması üçün 3 yeni mobil tətbiqi təqdim etdi
Elm & Texnologiya
12.12.2017
Emil
“Google” şirkəti foto və videonun redaktə olunması üçün 3 yeni mobil tətbiqi təqdim edib.
Yeni tətbiqlər Storyboard,
Selfissimo və Scrubbies adlanırlar. Hər 3 mobil tətbiq təcrübi tətbiqlər
kateqoriyasına aiddir. Həmin tətbiqlər fotolarda obyektlərin, insanların təyin
olunması texnologiyalarından və şirkətin digər özəlliklərindən istifadə edirlər.
Storyboard tətbiqi videonu komiks
səhifələrinə çevirmək imkanını verir. O avtomatik şəkildə maraqlı kadrları seçərək
onlara 6 vizual effektdən birini tətbiq edir. Bu mobil tətbiqdən yalnız Android istifadəçiləri yararlana bilərlər.

Selfissimo bu tətbiqlər arasında
yeganə tətbiqdir ki, həm Android həmdə iOS platformasının istifadəçiləri üçün
aktivdir. İstifadəçi tərpənməyi dayandırıb poza verən zaman bu tətbiq avtomatik
olaraq onun ağ-qara fotosunu çəkməyə imkan verir.

Scrubbies tətbiqi video ilə
çalışmaq üçün nəzərdə tutulub. O, videonun sürətini və onun istiqamətini idarə
etməyə (məsələn videonu əks istiqamətdə oynatmaq olar) imkan verir. Bu tətbiq
yalnız iOS istifadəçiləri üçün aktivdir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
