Google şirkəti Google Play-dən oyunların yüklənməsi prosesini tamamilə dəyişir (VİDEO)

Google şirkəti Google Play-dən oyunların yüklənməsi prosesini tamamilə dəyişir (VİDEO)

Texnologiya
25.03.2020 PAYLAŞIM

    Google şirkəti bugünə kimi Android əməliyyat sisteminə oyun platforması qismində böyük diqqət ayırmırdı. Lakin vəziyyət dəyişib. Belə ki, şirkət Google Play online mağazasına inteqrasiya edilmiş yeniliklərdən danışıb. Həmin yeniliklər ildən-ilə daha böyük həcmli olan oyunların yüklənmələrini sadələşdirmək üçün nəzərdə tutulublar. Bu barədə Androidpolice saytı xəbər verib. Beləliklə Google Play-ə inteqrasiya edilmiş yeniliklərdən birincisi assetlərin çatdırılması ilə bağlıdır. Onun əsas məğzi ən əsas materialların ilkin yüklənməsindədir.

Bənzər xəbər


    Bu cür üsul artıq uzun zamandır ki, kompüter və konsol oyunlarında tətbiq edilir və istifadəçilər bütün faylların yüklənmələrinin bitməsindən öncə oyunları işə sala bilirlər. Faktiki olaraq Google şirkəti tətbiqlərin standart yüklənməsini dəyişməyi qərara alıb. Belə ki, bundan öncə tətbiqlər quraşdırılan APK fayla və 2 GB-a kimi olan genişləndirici fayllara ayrılırdılar. İndi isə 2 GB-a kimi olan genişləndirici fayllar 3 ayrı-ayrı paketə çevrilir. Oyunun cihaza quraşdırılması zamanı birinci APK fayl və həcmi 1 GB-ı keçməyən əlavə fayl yüklənir. Onlar isə özlərində oyunu işə salmaq üçün nəzərdə tutulmuş bütün vacib materiallara artıq sahib olurlar.

    Daha sonra həcmi 1 GB-ı keçməyən ikinci fayl paketi yüklənməyə başlayır. Həmin paketdə isə oyunun növbəti mərhələlərini əhatə edən materiallar olur. Yüklənən üçüncü fayl paketi sorğuya əsasən oyuna əlavə kontentləri daxil edir. Onların arasında oyundakı video səhnələr, xəritələr, yenilənmələr və digər kontentlər var. Sözügedən sonuncu fayl paketinin həcmi 512 MB, faylların sayı isə 50 ədəd təşkil edir. Daha bir yenilik isə oyundaxili yenilənmələr ilə əlaqəlidir. Bəzən hansısa kontenti əldə etmək üçün oyunu yeniləmək lazım gəlir. Yeni funksiya sayəsində isə istifadəçi bunu birbaşa oyunda olan zaman edə biləcək. Beləliklə oyunu yarıda qoyub Google Play-ə daxil olmağa ehtiyac qalmayacaq. Tərtibatçılar isə bu üsul ilə bağlı beta versiyalar çərçivəsində istifadəçilərə test yenilənmələrini göndərə bilərlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Vivo şirkəti FlashCharge adlı 120 vatt gücündə sürətli şarj texnologiyasını təqd..

Vivo şirkəti iQOO brendi altında yeni sürətli şarj texnologiyasını təqdim edib. Yeni texnologiya Fla..


Apple şirkəti AR eynəklərin hazırlanmasında yeni mərhələyə keçid edib

Apple və Foxconn şirkətləri birgə artırılmış reallıq cihazının yaradılması məsələsində əsas məqama ç..


Apple yeni MacBook klaviaturalarında RGB işıqlar istifadə edə bilər

Sızdırılan yeni patentə görə Apple yeni MacBook klaviaturalarında RGB işıqlar istifadə edə bilər...


Elon Musk: 'Neuralink-in yeni neyrointerfeysi möhtəşəmdir' - Şirkətin növbəti tə..

Elon Musk-ın beyin implantlarının hazırlanması ilə məşğul olan gizli Neuralink şirkəti gələn ay təqd..


Intel yeni Thunderbolt 4 protokolunu təqdim etdi: Komputerlərə 8K ekran dəstəyi ..

Intel şirkəti Thunderbolt portu üçün yeni Thunderbolt 4 protokolunu təqdim etdi.


5G şəbəkəsinin canlı orqanizmə ciddi təsir edib-etməməsi üzrə tədqiqat aparılıb..

Mütəxəssislər arasında 5G mobil şəbəkəsinin təhlükəsizliyi barəsində yekun bir fikir hələ də yoxdur...

×