
"Google" şirkəti, jurnalist robotlara investisiya yatırdı
Elm & Texnologiya
09.07.2017
Emil
Britaniyanın The Press Association adlı xəbər agentliyi, “Google” şirkətinin Digital News Initiative proqramı çərçivəsində 807.000$ investisiya alıb.
Bu vəsait, RADAR layihəsinin reallaşması üçün xərclənəcək. Həmin
layihə çərçivəsində hər ay robotlar tərəfindən yazılmış 30.000 xəbər işıq üzü
görəcək. Layihənin 2018-ci ildə start veriləcəyi planlaşdırılır. Hal hazırda isə
layihə üzərində 5 insan çalışır. Sözügedən 5 şəxs, rəsmi açıq mənbələr vasitəsilə
tibb, kriminal və s. kimi xəbərləri avtomatlaşdırmağa çalışırlar. Güman olunur
ki, RADAR layihəsi, dəyərliliyi baxımdan daha effektiv kontent hazırlayaraq
reklam və digər mənbələrdən yetəri gəlir əldə edə bilməyən yerli qəzet və
saytlara yardımçı olacaq. The Press Association-un redaktoru Pete Clifton-un
fikrincə RADAR, insanı jurnalistikada tamamilə əvəz edə bilməyəcək. “Professional
jurnalistlərə həmişəki kimi tələbat olacaq. Lakin RADAR öz süni zəkası vasitəsilə
insanın, öhdəsindən gələ bilmədiyi xəbər səviyyəsini qaldıracaq” – deyə o
bildirib. Bu cümləsi ilə Clifton, ayda 30.000 xəbəri nəzərdə tutub. Baxmayaraq ki, RADAR, alqoritmləri ayarlamaq və redaktə etmək üçün jurnalistlərdən istifadə edəcək,
sistemin əsas müştəriləri olacaq yerli qəzetlər rahat nəfəs alaraq baha başa gələn
müxbirləri işlərindən azad edə biləcəklər. Qeyd etmək lazımdır ki, bu sistemə bənzər
botlar, New York Times, Washington Post, CNN, BBC və digər məşhur agentliklərdə
çalışırlar. Həmin botlar böyük həcmli məlumat və statistikaları analiz edərək
onu oxucuya anlaşıla bilən mətn formasında təqdim edir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
