main-post-cover

    Google şirkəti kənar resurslardan yüklənən Android tətbiqləri bloklamağa başlayıb

    Elm & Texnologiya
    19.03.2020
    Farid Pardashunas
        Keçən ilin sonunda ortaya çıxmış məlumatlar təsdiqləndi. Belə ki, Google şirkəti özünün Advanced Protection proqramının fəaliyyət sahəsinin genişləndirildiyini elan etdi. İlk olaraq bu proqram iki faktorlu autentifikasiya sisteminin daha təhlükəsiz alternativi qismində çıxış edirdi və Google hesablarının qorunması üçün nəzərdə tutulurdu. İndi isə sözügedən proqram Android əməliyyat sisteminə də inteqrasiya edilib və o, kənar resurslardan yüklənən tətbiqləri məhdudlaşdırır. Bu barədə 9to5google saytı xəbər verib.
        İndiyənə kimi Android cihazlar Google Play Protect adlı antivirus sistemi ilə qorunurdular. Bu sistem Google Play-dəki tətbiqləri və smartfonlar ilə planşetlərin sahib olduqları proqram təminatlarını skan edirdi. İndi isə şirkət Android smartfonlara Advanced Protection funksiyasını inteqrasiya edir. Bu funksiya öz növbəsində Play Protect sistemini həmişə aktiv şəkildə saxlayır və onun mütəmadi çalışmasına nəzarət edir. Advanced Protection-un daha bir özəlliyi ondan ibarətdir ki, o, kənar resurslardan yüklənmiş APK faylların bloklanmasını da reallaşdırır.
        Bu isə onunla əlaqəlidir ki, Google şirkəti kənar resurslardan yüklənmiş tətbiqlərin təhlükəsiz olmalarına zəmanət vermir. Bloklanma prosesi Chrome Gmail-də təhlükəli faylların yüklənməsinin bloklanması kimi reallaşdırılır. Google onu da qeyd edib ki, kənar resurslardan olan tətbiqləri kompüter vasitəsilə ADB-dən istifadə edərək quraşdırmaq olacaq. Bundan əlavə olaraq kənar resurslardan daha öncədən yüklənmiş tətbiqlər çalışmağa və yenilənmələr əldə etməyə davam edəcəklər. Məlumatda qeyd edilib ki, şirkət Advanced Protection sisteminin Android-ə inteqrasiya olunmasına artıq start verib. Bu funksiya Google hesabına qoşulu olur. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər