
Google şirkəti orta büdcəli Pixel smartfonunu satışa çıxaracaq
Elm & Texnologiya
03.06.2018
Emil
Məşhur insayder Roland QuandtGoogle şirkətinin yeni smartfonlari barəsində məlumatlar verib. Onun sözlərinə əsasən
Pixel 3 və Pixel 3 XL flaqman modellərindən başqa şirkət həmçinin orta büdcəli
Pixel modeli üzərində də çalışır. Roland-ın sözlərinə inansaq büdcəli Pixel
modeli üzərində işlərə şirkət bir ay bundan öncə start verib. Onun əlində olan
yeganə məlumata əsasən büdcəli Pixel modeli bir neçə müddət bundan öncə təqdim
olunmuş 8 nüvəli Snapdragon 710 prosessoru əsasında çalışacaq. Qeyd etmək
lazımdır ki, təqdim olunmuş bu yeni prosessor 600 seriyalı prosessorlardan daha
güclü performans sərgiləyir və 800 seriyalı prosessorlarda olan yeni nəsil
texnologiyaların çoxunu dəstəkləyir. Roland bildirib ki, şirkətin büdcəli Pixel
modeli 2019-cu ilin birinci yarısında satışa çıxacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
