Google şirkəti özünün debet kartı üzərində çalışır

Google şirkəti özünün debet kartı üzərində çalışır

Texnologiya
18.04.2020 PAYLAŞIM

    Google şirkəti fiziki və virtual variantda olacaq fərdi debet kartı üzərində çalışır. Bu barədə Techcrunch saytı xəbər verib. Verilmiş məlumata əsasən Google Card debet kartı istifadəçinin Google hesabına bağlı olacaq və beləliklə istifadəçi ödənişləri kart və ya smartfonla reallaşdıra biləcək. Bunun üçün olacaq xüsusi tətbiqdə istifadəçi xərclərini izləyə, balansını yoxlaya, istifadəçi hesabını bloklaya, balansını artıra və pul köçürməsini reallaşdıra biləcək. Google şirkətinin debet kartı Citi Stanford Federal Credit Union da daxil olmaqla bank partnyorları ilə olan birgə brend altında istifadəyə veriləcək. Bununla yanaşı sözügedən debet kart üçün nəzərdə tutulacaq xüsusi tətbiqin bəzi fotoları da təqdim olunub.


    Fotolardan da görmək olar ki, kart Visa-nın ödəniş sistemi əsasında çalışacaq. Digər bir anonim mənbə təsdiqləyib ki, Google şirkəti həqiqətən də ödəniş kartı üzərində çalışır. Bundan əlavə olaraq o qeyd edib ki, Google şirkəti ümid edir ki, fərdi debet kartı Google Pay sisteminin əsasını təşkil edəcək və Apple Pay, Apple Card ilə rəqabət aparacaq. Konfidensiallıq üzrə öz qərarından asılı olaraq Google şirkəti tranzaksiyalar barəsində məlumatları reklam kampaniyaları və targetinq üçün istifadə edə bilər. Gələcəkdə şirkət həmçinin bank, broker, mühasibat uçotu, sığortalaşdırma və kreditləşdirmə xidmətlərini də təqdim edə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×