Google şirkəti Pixel 4 və Pixel 4 XL'dən başqa daha bir Pixel modelini təqdim edəcək

Google şirkəti Pixel 4 və Pixel 4 XL'dən başqa daha bir Pixel modelini təqdim edəcək

Texnologiya
10.10.2019 PAYLAŞIM

    Google Pixel 4Pixel 4 XL smartfon modellərinin təqdimatlarından öncə internetdə məlumat ortaya çıxdı ki, şirkət sözügedən smartfonlardan əlavə daha bir Pixel modelini də təqdim etməyi planlaşdırır. Məlumata əsasən bu, həmin təqdimat tədbirində təqdim olunacaq üçüncü Pixel modeli olacaq. Bu barədə XDA-Developers saytı xəbər verib. Məlumata əsasən Pixel 4 və Pixel 4 XL smartfonları şirkətin yeganə modelləri olmayacaqlar. Məlumatda qeyd olunub ki, üçüncü smartfon məhz Pixel 5G olacaq.

    Həmçinin Pixel 5G-nin güman edilən satış tarixi barəsində də məlumat verilib. Pixel 4 və Pixel 4 XL modellərinin satışlarına təqdimatdan bir neçə gün sonra start veriləcəyi halında Pixel 5G modeli yalnız 2020-c ildə satışa çıxacaq. Gözləntlərə əsasən o, gələn il təqdim olunacaq büdcəli Pixel 4a modeli ilə birlikdə satışa çıxacaq. Mənbənin verdiyi məlumata əsasən Pixel 5G modeli hal hazırda Çində qapalı testdən keçir və ilin sonunda Vyetnamda bu modelin irimiqyaslı istehsalına start veriləcəyi planlaşdırılır.

    Güman edilir ki, smartfon Snapdragon 855 prosessoruna sahib olacaq. Analitiklərin fikirlərincə isə 2020-ci ildə satışa çıxacaq bir smartfon üçün bu prosessordan istifadə bir qədər qəribədir. Belə ki, ilin sonunda Qualcomm şirkəti artıq Snapdragon 865 prosessorunu təqdim edəcək. Qeyd etmək lazımdır ki, Pixel 4 və Pixel 4 XL modellərinin təqdimatları 15 oktyabr tarixində baş tutacaq.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Yeni iPhone telefonlarının imkanlarını Azercell ilə kəşf edin!

“Azercell Telekom” MMC iPhone 11, iPhone 11 Pro və iPhone Pro Max əldə edən abunəçilərə 6 aylıq Limi..


Dünyanın ən bahalı brendlərinin reytinqi tərtib olunub

Böyük korporasiyalar və azad bazar dünyasında hər şey həmişə gəlib pulun üzərinə düşür...


Tərtibatçılar yeni MacBook Pro'nun fotolarını aşkar ediblər

Analitiklər dəfələrlə bildirmişdilər ki, Apple şirkəti bu il 16 düym ekrana sahib MacBook Pro noutbu..


Huawei şirkəti Enjoy 10 adlı büdcəli smartfon modelini təqdim etdi - QİYMƏTİ..

Huawei şirkəti Çində Enjoy 10 adlı büdcəli smartfonun təqdimatını keçirtdi.


Yeni Apple AirPods barəsində məlumatlar sızdırılıb

Hələ bir neçə müddət bundan öncə iOS 13.2 əməliyyat sisteminin kodunda yeni Apple AirPods qulaqlıq m..


Xiaomi Mi Mix 4-ün güman edilən real fotosu ortaya çıxıb

Son bir neçə ay ərzində Xiaomi Mi Mix 4 barəsində çoxlu məlumat sızıntıları olub.