Google şirkəti Pixel smartfonlarını hack etməyi bacarana 1.5 milyon dollar mükafat söz verib

Google şirkəti Pixel smartfonlarını hack etməyi bacarana 1.5 milyon dollar mükafat söz verib

Texnologiya
22.11.2019 PAYLAŞIM

    Google şirkəti mütəmadi olaraq Android-in təhlükəsizlik sistemini və öz Pixel smartfon seriyasını yeniləyir. Lakin bu cür prosesdə həmçinin adi istifadəçilər də iştirak edə bilərlər. Beləliklə şirkət Android əməliyyat sistemində olan boşluqları aşkar edən şəxslər üçün pul mükafatını yüksəldib. Bundan sonra istifadəçilər öz smartfonlarını leqal şəkildə hack edə və bunun sayəsində yüksək pul mükafatı əldə edə bilərlər. Bu barədə Androidpolice saytı xəbər verib. Android Security Rewards proqramı Pixel 4 seriyası istisna olmaqla digər bütün Pixel smartfonlarını əhatə edir.

    Bu proqram öz növbəsində təhlükəsizlik sistemində və Android yenilənmələrində boşluqların aşkar edilməsi üzrə istifadəçilərə pul mükafatlarının verilməsinə yönəlikdir. Məsələn Titan M adlı təhlükəsizlik çipinin işinə təsir edən zərərli kodun aşkar edilməsi üçün nəzərdə tutulmuş pul mükafatı 1 milyon dollar təşkil edir. Lakin əgər boşluq sistem yenilənməsinin işıq üzü görməsindən öncə aşkar olunarsa bu mükafat 1.5milyon dollar təşkil edəcək.


    Titan M çipindəki boşluqlardan əlavə olaraq şirkət Android Security Rewards proqramına yeni kateqoriyaları da əlavə edib. Belə ki, istifadəçi məlumatlarının oğurlanmasına və ya smartfon ekranının bloklanmasından yan keçməyə imkan verən boşluqların aşkar edilməsi üçün 500.000$ mükafat veriləcək. Veriləcək pul mükafatının miqdarı isə aşkar ediləcək boşluğun səviyyəsindən asılı olacaq.

    Şirkətin verdiyi məlumata əsasən bu proqram çərçivəsində istifadəçilərə ümumilikdə 4 milyon dollar mükafat verilib. Bu il sözügedən proqramda iştirak etmiş şəxslərdən hər biri ortalama 15.000$ vəsait qazanb. Bu isə keçən ilki göstəricidən 20% çoxdur. Sistem boşluqlarının aşkar edilməsi ilə məşğul olan şəxslər üçün bu yeni mükafatlandırma sistemi bugündən start götürür. Proqram barəsində bütün detalları isə Google şirkətinin saytında öyrənmək olar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..


Apple şirkətinin qarışıq reallıq cihazı barəsində yeni məlumatlar verilib..

Hələ 2015-ci ildən internetdə Apple şirkətinin yeni məhsulu barəsində məlumatlar ortaya çıxır. ..


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..


Daha bir dövrün sonu: Apple 7-ci nəsil iPod Touch-ın istehsalını dayandırdığını ..

Apple şirkəti iPod Touch playerinin istehsalını dayandırdığını elan edib. Beləliklə sözügedən player..

×