main-post-cover

    Google şirkəti Pixel smartfonlarının istehsalını Çindən Vyetnama keçirdir

    Elm & Texnologiya
    30.08.2019
    Farid Pardashunas
        Nikkei Asian Review saytının bir neçə mənbəsinin verdiyi məlumata əsasən Google şirkəti öz smartfon istehsalını Çindən Vyetnama keçirdir. Bunun əsas səbəbi isə ABŞ ilə Çin arasındakı ticarət müharibəsidir. Daha doğrusu əsas səbəb bu müharibə nəticəsində ABŞ hökumətinin 1 sentyabr tarixindən tətbiq edəcəyi əlavə ticarət rüsumlarıdır. Beləliklə məlumatda qeyd olunub ki, 1 sentyabr tarixindən başlayaraq ABŞ-ın gömrük və sərhəd nəzarəti agentlikləri Çindən olan məhsulların bir hissəsinə (məhsulların ümumi dəyəri 125 milyard dollardır) görə 15% ticarət rüsumu götürəcək.
        Sözügedən məhsullar siyahısına smart saatlar, Bluetooth qulaqlıqlar, televizorlar və ayaqqabılar daxildirlər. 15 dekabr tarixindən başlayaraq isə digər məhsullara görə 15% ticarət rüsumu götürüləcək. Həmin məhsullar siyahısına isə smartfonlar, noutbuklar, oyuncaqlar və geyimlər daxil olacaqlar. Nəticə etibarilə baxmayaraq ki, Google ABŞ şirkətidir, Çində istehsal edilmiş cihazlara görə ödəniş etmək lazım gələcək. Bu isə cihazların qiymətlərinin qalxması və ya şirkətin əldə edəcəyi gəlirlərin aşağı düşməsi deməkdir. Buna görə də şirkət öz istehsalını digər ölkəyə keçirtmək qərarını verib. Bundan sonra Pixel smartfon modelləri Vyetnamdakı köhnə Nokia zavodunda istehsal ediləcək.
        Həmin zavod hal hazırda Foxconn şirkətinin strukturuna daxil olan FIH Mobile şirkətinə məxsusdur və zavodun təkmilləşdirilməsinə artıq start verilib. Şirkət öz smart səsgücləndirici modelinin istehsalını isə Taylanda keçirdə bilər. Buna baxmayaraq Çin bazarını Google şirkəti tamamilə tərk etməyəcək. Belə ki, Çin regionunda Google şirkətinin cihazlarının bəzi komponentləri istehsal olunacaqlar. ABŞ hökumətinin tətbiq edəcəyi əlavə ticarət rüsumları səbəbilə istehsalatı Çindən digər ölkələrə keçirtməyi başqa şirkətlər də düşünürlər. Həmin şirkətlər arasında Apple, HP, Dell, Microsoft, Amazon, Lenovo, Acer, Sony, AsusNintendo var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər