
Son bir neçə il ərzində internetdə Google şirkətinin öz smart saat modelini istehsal etməsi planı barəsində məlumatlar ortaya çıxırdı. Nəticədə şirkət indi smart saatlardan başqa fitnes qolbaqlara da sahibdir. Belə ki, şirkət rəsmi şəkildə smart saat və fitnes qolbaq istehsalçısı olan Fitbit-i aldı. Fitbit, daşınıla bilən elektronika sahəsində ən böyük istehsalçılardan biridir.
Google bildirib ki, Fitbit-in alınmasının əsas məqsədlərindən biri də WearOS əməliyyat sisteminin dəstəyinin genişləndirilməsidir. Əsas xəbər isə Made by Google brendi üzrə şirkətin öz smart saat modellərini hazırlayacağıdır. Bu isə o deməkdir ki, bu cür cihazların hazırlanması, inkişafı və dəstəklənməsi ilə birbaşa Google şirkəti məşğul olacaq.
Fitbit isə qeyd edib ki, onun mövcud olan cihazları həm iOS həm də Android cihazlarla çalışmağa davam edəcək. İstifadəçilərin aktivlikləri barəsində yığılan məlumatlar isə Google şirkətinin reklam məqsədlərində istifadə olunmayacaqlar. Məlumatda qeyd olunub ki, Fitbit-in alınması Google şirkətinə 2.1 milyard dollara başa gəlib. Müqavilənin 2020-ci ilə kimi bağlanması güman edilir.
Şərh yoxdur