Google şirkəti videoların avtomatik tərcüməsi texnologiyasını təqdim edib

Google şirkəti videoların avtomatik tərcüməsi texnologiyasını təqdim edib

Texnologiya
12.05.2023 PAYLAŞIM

    Google şirkəti machine translation texnologiyasını yeni səviyyəyə yüksəldə bilib. Belə ki, şirkət Google I/O 2023 konfransı çərçivəsində Universal Translator adlı texnologiyanı təqdim edib. Bu texnologiyanın əsasında olan süni zəka sistemi hər hansısa videodakı insanın nitqini tərcümə etməklə yanaşı insanın artikulyasiyasını (fonetikada nitq səslərinin formalaşmasında ayrı-ayrı tələffüz orqanlarının işinin məcmusu) tərcümə edilmiş dilə adaptasiya edə bilir.

    Başqa sözlə desək, insanın danışan zaman onun dodaq hərəkətləri onun başqa dildə danışığını əhatə edən sözlərlə sinxronlaşdırılır. Universal Translator texnologiyasının çalışma prinsipi bir neçə mərhələdən ibarətdir. İlk öncə sistem videoda çıxış edən şəxsin nitqini tanıyır və onu mətn formatına köçürür. Daha sonra mətn lazımi dilə tərcümə edilir və lazımi dilə tərcümə edilmiş mətndən danışıq nitqi tərtib edilir. Bununla belə tərtib edilən danışıq nitqi ilkin versiyanın səs tembrini və emosional çalarını özündə qoruyub saxlayır.


    Daha sonra sistem ilkin versiyada danışan şəxsin dodaq hərəkətləri, mimikası və jestlərini tərcümə edilmiş danışıq nitqi ilə sinxronlaşdırır. Bu texnologiyanın bir çox tətbiq sahəsi ola bilər. Lakin bununla belə bu cür texnologiya dələduzlar tərəfindən də istifadə edilə bilər. Bundan narahat olan Google Universal Translator texnologiyasını yalnız etibarlı partnyorları vasitəsilə yaymağı və onun vasitəsilə ərsəyə gəlmiş videolara xüsusi işarələri əlavə etməyi planlaşdırır. Həmin işarələr vasitəsilə istifadəçilər videonun məhz süni zəka vasitəsilə ərsə gəldiyini anlaya biləcəklər.



DAHA ÇOX


HP süni zəka alqoritmləri ilə qarşılıqlı əlaqədə olmağa imkan verəcək yeni nəsil..

HP şirkəti təkmilləşdirilmiş arxitekturaya sahib yeni nəsil kompüter hazırladığını elan edib...


Samsung barmaq izi skanına sahib bank kartını təqdim edib (VİDEO)

Samsung tərəfindən təqdim edilmiş Biometric Card IC yüksək səviyyəli təhlükəsizliyə sahib yeni nəsil..


Mark Zuckerberg Meta Quest 3 adlı yeni VR cihazı anosn edib - QİYMƏTİ (VİDEO)..

Meta-nın CEO-su Mark Zuckerberg Quest 3 adlı yeni VR cihazı anons edib.


BOE şirkəti 16K keyfiyyətli 110 düym ekrana sahib televizorunu təqdim edib

Çinin BOE şirkəti SID Display Week 2023 sərgisi çərçivəsində 16K keyfiyyətli 110 düym ölçülü ekrana ..


Qualcomm Snapdragon 8 Gen 3 prosessorunun təqdimat tədbirini anons edib

Qualcomm şirkəti heç gözlənilmədən Snapdragon Summit adlı növbəti təqdimat tədbirini anons edib...


OPPO şirkəti MR Glass Developer Edition adlı qarışıq reallıq (AR + VR) cihazını ..

OPPO şirkəti Qualcomm ilə əməkdaşlıq çərçivəsində hazırlanmış MR Glass Developer Edition adlı qarışı..

×