Google şirkəti virtual reallıqda hərəkət etmək üçün xüsusi ayaqqabıların patentini alıb

Google şirkəti virtual reallıqda hərəkət etmək üçün xüsusi ayaqqabıların patentini alıb

Texnologiya
27.11.2018 PAYLAŞIM

    Google şirkəti virtul reallıqda rahat hərəkət üçün xüsusi ayaqqabıların patentini əldə edib. Sözügedən ayaqqabılar haqqında patent sənədlərini ABŞ-ın ticarət nişanları və patentləri agentliyi öz saytında paylaşıb. Beləliklə Google tərtibatçıları virtual reallıqdan istifadə zamanı fiziki məkanda yaranan sərhədlər problemini xüsusi ayaqqabılar ilə həll etmək təklifini verir. Həmin ayaqqabıları virtual reallıq cihazına qoşmaq olar. Bundan əlavə olaraq ayaqqabılar avtonom şəkildə də çalışa bilərlər.


Bənzər xəbər


    Beləliklə ayaqqabılarda olan kiçik xüsusi mühərriklər vasitəsilə istifadəçi real dünyada yerində dayanacaq, lakin virtual reallıqda hərəkət edəcək. İstifadəçi öncədən təyin olunmuş məkan sərhədinə yaxınlaşan zaman ayaqqabı avtomatik olaraq onu əvvəlki zonaya aparacaq. Bu proses zamanı isə istifadəçi virtual dünyanın daxilində yerində duracaq. Google şirkətinin bu VR texnologiyasını hazırlayıb-hazırlamayacağı barəsində heç bir məlumat yoxdur. Birincisi Google Daydream adlı virtual reallıq platforması çox ləng şəkildə inkişaf edir. İkincisi isə bu layihə külli miqdarda investisiyaları tələb edə bilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...

×