Google şirkəti YouTube servisinin uşaqları izləməsinə görə cərimələnəcək

Google şirkəti YouTube servisinin uşaqları izləməsinə görə cərimələnəcək

Texnologiya
20.07.2019 PAYLAŞIM

    Son zamanlarda bir çox ölkələrin hökumətləri insanların internetdəki konfidensiallıqlarına çox böyük diqqət ayırırlar. Faktiki olaraq bu cür qanunların hamısının məğzi ondan ibarətdir ki, istifadəçi hər hansı bir servisin onun bu və ya digər məlumatını istifadə etdiyini bilməli və lazım gəldikdə həmin servisə bunu etməkdə məhdudlaşdırmaq imkanına sahib olmalıdır. Bu cür məsələ çərçivəsində məşhur YouTube videoservisinin uşaqlara qarşı qeyri-müəyyən işi nəticəsində Google şirkətini külli miqdarda cərimə gözləyir. Bu barədə Business Insider saytına istinadən 4pda saytı xəbər verib.

    Şirkət ona görə günahlandırılır ki, YouTube videoservisi 13 yaşına kimi olan istifadəçilərin həmin videoservisdəki əməliyyatlarını izləyərək onların üzərində targetinq reklamı qurub. Başqa sözlə desək, uşaqların konfidensiallıqları videoservis tərtibatçıları tərəfindən nizamlandırılmayıb. ABŞ hökumətinin fikrincə Google şirkəti yetkinlik yaşına çatmamış istifadəçiləri lazımi şəkildə qoruya bilməyib və onlar barəsində olan məlumatları yığıb. Bu isə birbaşa “İnternetdə uşaqların konfidensiallıqlarının qorunması” (COPPA) qanununun pozulması deməkdir.

Bənzər xəbər


    Məlum olan tək bir şey var ki, Google şirkətini milyonlarla dollar dəyərində cərimə gözləyir. Vəsaitin dəqiq miqdarı isə ABŞ-ın ədliyyə nazirliyinin qərarından sonra təyin ediləcək. 1 ay bundan öncə Google şirkəti bildirmişdi ki, o, YouTube-dakı bütün uşaq kontentlərini YouTube Kids tətbiqinə daşımağı planlaşdırır. Qeyd etmək lazımdır ki, Google-dan əlavə olaraq Apple, Facebook Amazon şirkətləri də ABŞ-ın federal ticarət komissiyasının nəzarəti altındadırlar. Məşhur Tik-Tok servisi artıq 5.7 milyon dollar dəyərində cərimələnib. Belə ki, servis 13 yaşına kimi olan uşaqların məlumatlarının yığılması üzrə valideyn razılığı özəlliyinə sahib deyil.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×