Google şirkətinin CEO'su Sundar Pichai ABŞ Konqressi qarşısında ifadə verəcək

Google şirkətinin CEO'su Sundar Pichai ABŞ Konqressi qarşısında ifadə verəcək

Texnologiya
29.11.2018 PAYLAŞIM

    Google şirkətinin CEO-su Sundar Pichai ABŞ təmsilçiləri palatasının informasiya ilə iş məsələləri üzrə görüşündə məhkəmə komitəsinin qarşısında ifadə verəcək. Pichai 5 dekabr tarixində “Şəffaflıq və məsuliyyət” mövzusu ətrafında olacaq görüş zamanı ifadə verəcək. Həmin görüşdə Google şirkətinin məlumat filtrasiyası və istifadəsi üsulları müzakirə olunacaq. ABŞ Konqressi öyrənmək istəyir ki, hansısa siyasi qruplar Google şirkətinin işinə təsir edib yoxsa yox. Görüş iştirakçılarını həmçinin Google şirkətinin çinli istifadəçilər üçün hazırladığı Dragonfly adlı axtarış sistemi də maraqlandırır.

    Qeyd etmək lazımdır ki, daxilində senzura özəlliyini daşıyan Dragonfly adlı axtarış sisteminin Google tərəfindən hazırlanaraq Çində istifadəyə verilməsi xəbəri hələ bu ilin Avqust ayında yayılmışdı. Güman edilir ki, Dragonfly axtarış sistemi yerli hakimiyyətin tələbi ilə saytları və axtarış nəticələrini bloklaya bilər. İnsan hüquqlarının müdafiəsi tərəfdaşları və ABŞ-ın vitse-prezidenti Google şirkətinin bu layihədən imtina etməsi üzrə dəfələrlə tələblər irəli sürüblər. Bugün isə biz xəbər vermişdik ki, sözügedən axtarış sisteminin Çində istifadəyə verilməsinə həmçinin Google əməkdaşları da qarşı çıxıblar.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...

×