
Google şirkətinin ekrana sahib ağllı səsgücləndiricisinin fotoları sızdırıldı
Elm & Texnologiya
19.09.2018
Emil
1 ay bundan öncə məlumat yayılmışdı ki, Google şirkəti yaxın
zamanda ekrana sahib ağıllı səsgücləndirici cihazını təqdim edəcək. İndi isə My
Smart Price adlı mənbə sözügedən cihazın fotolarını və onun haqqında bəzi məlumatları
paylaşıb. Təqdim olunmuş məlumata əsasən Google şirkətinin yeni cihazı Google
Home Hub adlanacaq. Cihaz 7 inç LCD ekranla təchiz olunmalıdır. Həmin ekranda
isə həmişə avtomatik olaraq zaman və hava haqqında məlumatlar əks olunacaq.
Bundan əlavə olaraq ağıllı səsgücləndirici vasitəsilə musiqiyə qulaq asmaq,
onun ekranında fotolara baxmaq və sizə lazım olan yerə kimi ən qısa yolu tapmaq
mümkün olacaq. Həmçinin Google Home Hub iki diapazonlu Wi-Fi sistemi, Bluetooth
və Google Assistant səsli köməkçisinə sahib olacaq. Çox güman ki, Google Home
Hub 9 Oktyabr tarixində yeni Pixel smartfon modelləri ilə birlikdə təqdim
olunacaq. Məlumata əsasən cihazın qiyməti 150$ təşkil edəcək.



Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
