
Bir neçə müddət bundan öncə Google şirkəti Pixel Tablet adlı planşetini anons etmişdi. Lakin şirkət Pixel brendi altında ilk planşet modelinin təqdimatını gələn il keçirdəcək. İndi isə insayderlər sözügedən planşetin ilk real fotolarını təqdim ediblər. Beləliklə təqdim edilmiş fotolarda qara gövdə rənginə sahib planşet modeli əks olunub. Bundan əlavə olaraq fotolarda həmçinin Google şirkətinin naqilsiz şarj stansiyası da əks olunub. Planşet isə məhz həmin şarj stansiyasına qoşulub. Bu isə o deməkdir ki, Pixel Tablet planşeti naqilsiz şarj texnologiyasının dəstəyinə sahib olacaq.
Galaxy Note 20-nin güman olunan fotosu ortaya çıxıb
Naqilsiz şarj stansiyasının özü smart səsgücləndiricini xatırladır. Heç istisna deyil ki, şarj stansiyası həqiqətən də səsgücləndiricilərə sahib olacaq. Fotolardan birində olan məlumata əsasən Pixel Tablet 256 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Planşet barəsində daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, o, Google şirkətinin birinci nəsil Tensor prosessoru vasitəsilə çalışacaq və Wi-Fi texnologiyasının dəstəyini əldə edəcək. Bununla belə planşetdə 4G və ya 5G texnologiyasının olacağı gözlənilmir.
Şərh yoxdur