main-post-cover

    Google şirkətinin növbəti AR eynəyi barəsində yeni məlumatlar verilib

    Elm & Texnologiya
    15.12.2022
    Farid Pardashunas
        Google şirkəti öz yeni AR eynəyini hələ anons etməsə də, onun barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə şirkətin yeni AR eynəyi barəsində məlumatları 9to5google saytı təqdim edib. Verilmiş məlumata əsasən Google şirkətinin yeni AR eynəyini daha öncəki Google Glass-dan fərqləndirəcək əsas özəlliklərdən biri də o olacaq ki, onda sensorlu panellər vasitəsilə idarəetmə sistemi reallaşdırılmayacaq. Bunun əvəzinə şirkət alternativ variantlardan birini istifadə edəcək. Google şirkətinin daha öncəki AR eynək prototiplərində şirkət müxtəlif idarəetmə üsullarından istifadə edib.
        Onların arasında səsli əmrlər, gözlərin hərəkəti ilə reallaşdırılan idarəetmə və eynəyin gövdəsində sensorlu idarəetmə paneli olub. Verilmiş yeni məlumata əsasən isə Google şirkəti növbəti AR eynəyində tamamilə fərqli idarəetmə sistemini test edir və test edilən idarəetmə sistemi Google tərəfindən alınmış Noth adlı şirkətin texnologiyası əsasında hazırlanıb. Qeyd etmək lazımdır ki, North şirkəti Focals adlı smart eynəklərin hazırlanması ilə məşğul olurdu. Focals smart eynəklərinin idarəsi isə üzük formasında olan kiçik ölçülü cihaz vasitəsilə reallaşdırılırdı.
        Məlumata əsasən Google şirkətinin yeni AR eynəyində idarəetmə sistemi buna bənzər üsulda reallaşdırılacaq. Bununla yanaşı şirkət alternativ variant kimi smart qolbağı da nəzərdən keçirdir. Məlumata əsasən kiçik ölçülü üzük formasında idarəetmə cihazı halında o, fiziki düymələrdən məhrum olacaq. Smart qolbaq formatında idarəetmə üsulu halında isə qolbaq sensorlu panelə və vibrasiya funksiyasına sahib olacaq. Google şirkətinin yeni AR eynəyinin final dizaynının necə olacağı, nə zaman təqdim ediləcəyi və nə zaman satışa çıxacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər