'Google' şirkətinin səhvi ucbatından bütün ölkədə internet kəsildi
Elm & Texnologiya
29.08.2017
Emil Nəcəfov
Son illərdə internet bizim həyatımızın müxtəlif sahələrinə daxil olub.
Bir çox xidmət və servislərin işləri, stabil və daimi
internet qoşulmasından asılıdır. Əgər internet yox olsa, bu özü ilə ciddi
problemləri gətirəcək. Məhz bu cür hadisə, keçən həftənin cümə günü Yaponiyada
baş verdi. Belə ki, “Google” şirkətinin səhvi ucbatından sözügedən ölkənin
internet istifadəçilərinin yarısından çoxunun şəbəkəyə girişi qeyri-mümkün hala
gəlmişdi. NTT Communications, KDDI Corp. və digər provayderlərin istifadəçiləri
bu səhvin qurbanı olmuşdu. Nəticədə məlum olub ki, “Google” əməkdaşları təsadüfi
şəkildə internetin vacib protokolunu dəyişiblər. Bu səbəbdən insanların bir çox
hissəsi ya internetə daxil ola bilməyiblər, yada internet sürətinin kəskin şəkildə
aşağı düşməsi problemini yaşayıblar. Bu hadisə zamanı Yaponiyanın bir sıra
bankları, dəmiryol vağzalları və digər təşkilatları müəyyən müddətlik öz işlərini
dayandırıblar. Bundan əlavə olaraq bir çox gamerlər, online oyunlara daxil ola
bilməyiblər. “Biz, şəbəkə üçün düzgün olmayan məlumatları daxil etmişik və
bunun nəticəsində problemlər yaranıb. 8 dəqiqə ərzində biz düzgün məlumatları
daxil etdik. Verdiyimiz narahatçılığa görə hamıdan üzr istəyirik” – deyə “Google”un
təmsilçisi bildirib. Qeyd etmək lazımdır ki, bu, birinci belə bir hadisə deyil.
Məsələn, İranda deaktiv olunmuş bir sıra saytlar səbəbilə Honkonqda internet kəsintisi
problemi yaşanmışdı. Pakistan höküməti isə YouTube servisini deaktiv etmək istəyən
zaman səhvən bütün dünya üzrə bu servisi deaktiv etmişdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!