'Google' şirkətinin səhvi ucbatından bütün ölkədə internet kəsildi

'Google' şirkətinin səhvi ucbatından bütün ölkədə internet kəsildi

Texnologiya
29.08.2017 PAYLAŞIM

Son illərdə internet bizim həyatımızın müxtəlif sahələrinə daxil olub.

Bir çox xidmət və servislərin işləri, stabil və daimi internet qoşulmasından asılıdır. Əgər internet yox olsa, bu özü ilə ciddi problemləri gətirəcək. Məhz bu cür hadisə, keçən həftənin cümə günü Yaponiyada baş verdi. Belə ki, “Google” şirkətinin səhvi ucbatından sözügedən ölkənin internet istifadəçilərinin yarısından çoxunun şəbəkəyə girişi qeyri-mümkün hala gəlmişdi. NTT Communications, KDDI Corp. və digər provayderlərin istifadəçiləri bu səhvin qurbanı olmuşdu. Nəticədə məlum olub ki, “Google” əməkdaşları təsadüfi şəkildə internetin vacib protokolunu dəyişiblər. Bu səbəbdən insanların bir çox hissəsi ya internetə daxil ola bilməyiblər, yada internet sürətinin kəskin şəkildə aşağı düşməsi problemini yaşayıblar. Bu hadisə zamanı Yaponiyanın bir sıra bankları, dəmiryol vağzalları və digər təşkilatları müəyyən müddətlik öz işlərini dayandırıblar. Bundan əlavə olaraq bir çox gamerlər, online oyunlara daxil ola bilməyiblər. “Biz, şəbəkə üçün düzgün olmayan məlumatları daxil etmişik və bunun nəticəsində problemlər yaranıb. 8 dəqiqə ərzində biz düzgün məlumatları daxil etdik. Verdiyimiz narahatçılığa görə hamıdan üzr istəyirik” – deyə “Google”un təmsilçisi bildirib. Qeyd etmək lazımdır ki, bu, birinci belə bir hadisə deyil. Məsələn, İranda deaktiv olunmuş bir sıra saytlar səbəbilə Honkonqda internet kəsintisi problemi yaşanmışdı. Pakistan höküməti isə YouTube servisini deaktiv etmək istəyən zaman səhvən bütün dünya üzrə bu servisi deaktiv etmişdi.




DAHA ÇOX


Apple Vision Pro-nun batareya həcmi barəsində yeni məlumat ortaya çıxıb

Vision Pro-nun təqdimatı zamanı Apple şirkəti ənənəyə sadiq qalaraq cihazın texniki göstəricilərinə ..


Acer Nitro XV272URV adlı gaming monitoru təqdim edilib - QİYMƏTİ

Acer şirkəti Nitro XV272URV adlı yeni gaming monitorunu təqdim edib.


Apple investorları Vision Pro-dan razı qalıblar

Apple Vision Pro-nun təqdimatından öncə o, investorları o qədər də maraqlandırmırdı.


İnternetdən xəbərsiz milyonlarla insan: Şimali Koreyada internetdən istifadə təc..

Cənubi Koreyanın People for Successful Corean Reunification (Pscore) adlı insan hüquqları təşkilatı ..


Mark Zuckerberg Apple Vision Pro-nu tənqid edib

Apple şirkəıtinin təqdim etmiş olduğu Vision Pro adlı qarışıq reallıq cihazı Meta-nın CEO-su Mark Zu..


Huawei 3-cü səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə veriləcəyini açıq..

Huawei şirkətinin istehlakçı biznesi şöbəsinin rəhbəri Yu Chengdong 3-cü səviyyəli (L3) avtopilot si..

×