Google şirkətinin Whitechapel adlı fərdi mobil prosessoru barəsində yeni məlumatlar verilib

Google şirkətinin Whitechapel adlı fərdi mobil prosessoru barəsində yeni məlumatlar verilib

Texnologiya
13.07.2021 PAYLAŞIM

    Google şirkətinin fərdi mobil prosessoru barəsində yeni məlumatlar verilib. Qeyd etmək lazımdır ki, şirkətin fərdi prosessorunun Google Pixel 6 smartfon modelinə quraşdırılacağı güman edilir. Daha öncədən ortaya çıxmış məlumatda qeyd edilmişdi ki, Google fərdi prosessorunu Samsung ilə birlikdə hazırlayır və o, Whitechapel kod adına sahibdir. Verilmiş yeni məlumata əsasən sözügedən mobil prosessor 5 nanometrlik texnoloji proses əsasında hazırlanır və o, 8 nüvə əldə edəcək: 2 ədəd Cortex-A78 nüvəsi, 2 ədəd Cortex-A76 nüvəsi və 4 ədəd Cortex-A55 nüvəsi. Yeni prosessorda qrafik özəlliklərdən ARM Mali-G78 qrafik çipi cavabdeh olacaq.

    Bununla yanaşı Google şirkətinin fərdi prosessoru süni zəka əməliyyatlarının yerinə yetirilməsi üçün ayrıca modul ilə də təchiz olunacaq. Google ilk fərdi prosessorunda əsas diqqəti məhz süni zəka özəlliklərinə ayıracaq. Performansa gəldikdə isə yeni mobil prosessor Snapdragon 888 Snapdragon 888 Plus modellərindən daha zəif olacaq. Gözləntilərə əsasən yeni prosessorun performans göstəriciləri Snapdragon 865 Snapdragon 870 modellərinin performans göstəriciləri ilə eyni olacaq. Bununla yanaşı fərdi prosessor sayəsində Google öz smartfonlarının dəstək müddətlərini 5 ilə kimi uzada bilər. Məlumatlara əsasən Whitechapel kod adına sahib prosessor bu ilin payız fəslində Google Pixel 6 və Pixel 6 Pro smartfon modelləri ilə birlikdə təqdim olunacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..

×