Reklam
Google şirkətinin yeni neyron şəbəkəsi gecə fotolarının keyfiyyətlərini inanılmaz dərəcədə yaxşılaşdırır (VİDEO)

Google şirkətinin yeni neyron şəbəkəsi gecə fotolarının keyfiyyətlərini inanılmaz dərəcədə yaxşılaşdırır (VİDEO)

Texnologiya
25.08.2022 PAYLAŞIM

    Computer Vision and Pattern Recognition konfransı çərçivəsində Google Research-dən olan mütəxəssislər RawNeRF adlı yeni neyron şəbəkəsinin necə çalışdığını sərgiləyiblər. Bu neyron şəbəkəsi gecə zamanı çəkilmiş fotoların keyfiyyətlərini heyrətləndirici dərəcədə yaxşılaşdırır. Google mütəxəssisləri qeyd ediblər ki, RawNeRF adlı neyron şəbəkəsi gecə zamanı çəkilmiş fotolardakı küyün aradan qaldırılması və fotoların ümumi keyfiyyətlərini yüksəltməsi ilə yetinmir. Belə ki, sözügedən neyron şəbəkəsi həmçinin müxtəlif əhatə nöqtəsindən çəkilmiş ikiölüçül təsvirlərdən üçölçülü təsvirlər yarada bilir.

    İstifadəçi isə öz növbəsində neyron şəbəkəsi tərəfindən yaradılmış üçölçülü təsvirə müxtəlif bucaqlar altından baxa bilər. Bununla yanaşı bu neyron şəbəkəsinin istifadəsi ilə fokuslanma nöqtəsinin mövqeyini dəyişmək imkanı mövcuddur. Bu halda təsvirdəki bulanıq effekti çox realistik görünür. Təqdim edilmiş foto nümunələrdən də görmək olar ki, RawNeRF neyron şəbəkəsi fotolardakı küyü aradan qaldırmaqla yanaşı onların rənglərini bərpa və daha dolğun edir.


    Neyron şəbəkəsi hətta elə bir səviyyəyə gəlib çatır ki, onun emal etmiş olduğu fotonun orijinal versiyasında oxunulası mümkün olmayan hər hansısa mətn emal prosesindən sonra tamamilə oxunula bilən vəziyyətə çatır. Google şirkətinin bu cür texnologiyanı harda istifadə edəcəyi və ümumi olaraq bu texnologiyanın hansı perspektivlərə sahib olacağı bilinmir. Google Pixel sartfonları öz kamera alqoritmləri ilə fərqləndiklərini nəzərə alsaq, heç istinsa deyil ki, nə vaxtsa bu cür texnologiya Pixel smartfonlarında istifadəyə verilsin.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google bütün düymələri bir sırada yerləşən uzunsov klaviatura hazırlayıb (VİDEO)..

Google şirkətinin Yaponiya şöbəsi sözün əsl mənasında qəribə cihaz təqdim edib. Söhbət, Gboard Bar a..


Apple yaxın gələcəkdə iPhone-larda Touch ID texnologiyasına geri qayıdacaqmı?..

Apple 2017-ci ildə iPhone X-dən başlayaraq öz flaqman smartfonlarında Touch ID texnologiyasından imt..


Nothing Ear (Stick) adlı yeni naqilsiz qulaqlıqların görünüşləri sərgilənib..

İyul ayında öz ilk smartfon modeli olan Nothing Phone (1)-i təqdim etmiş Nothing şirkəti yeni naqils..


Alimlər insulini orqanizmə iynəsiz çatdıra bilən robotlaşdırılmış dərman kapsulu..

Massaçusets Texnologiya İnstitutunun alimləri RoboCap adlı robotlaşdırılmış dərman kapsulunu yaradıb..


Elon Musk Tesla Optimus adlı robotun iki yeni prototipini təqdim edib (VİDEO)

Keçən həftənin sonunda baş tutmuş Tesla AI Day 2022 tədbiri çərçivəsində Elon Musk Tesla Optimus adl..


Havadan CO2 qazını yığan qurğuların ABŞ-da inşasına start verilib

ABŞ-da Project Bison adlı layihəyə start verilib. Sözügedən layihə havadan CO2 qazının yığılmasına v..

×