
Şahmat insan zəkası baxımından heç də sadə bir oyun deyil.
Lakin yeni süni zəka üçün həmin oyunu mükəmməl şəkildə bir neçə saata mənimsəmək çətin olmayıb. “Google” şirkətinin tədqiqatçıları öz yeni məqalələrində özlərinin AlphaZero adlı yeni süni zəkalarından danışıblar. Belə ki, bu süni zəka şahmat oyununda insandan da üstün nəticələr göstərib. O, 4 saat ərzində şahmat qaydalarını öyrənib və şahmat üzrə çempion hesab olunan Stockfish adlı tətbiqə qalib gəlib. Beləliklə insanlığın şahmat haqqında bilikləri 4 saat ərzində süni zəka tərəfindən mənimsənilib və hətta yeni səviyyəyə yüksəldilib.
Bununla yanaşı süni zəkada şahmatın yalnız əsas
qaydaları proqramlaşdırılmışdı (strategiya olmadan). 100 partiyalı oyun
seriyasında AlphaZero Stockfish-ə qarşı ağ fiqurlarla oynayaraq 25 dəfə, qara
fiqurlarla oynayaraq isə 3 dəfə qalib gəlmişdir. Qalan oyun partiyaları isə
heç-heçə bitmişdir. Bununla yanaşı Stockfish bir dəfə də olsun qalib gələ bilməmiş,
AlphaZero isə bir dəfə də olsun uduzmamışdır. Təəccüblüsü ondadır ki, sözügedən
süni zəka heç kimlə oyanamayaraq özü-özünə bu oyunu öyrətmişdir. Əvvəlki nümunələr
isə əksinə canlı insanların şahmat oyunlarını izləyərək bu oyunu mənimsəyirdilər.
Şərh yoxdur