main-post-cover

    Google Translate tətbiqinə real zaman ərzində tərcümə funksiyası əlavə edildi

    Elm & Texnologiya
    18.03.2020
    Farid Pardashunas
        Bir neçə ay bundan öncə Google şirkəti Continuous Translation adlı funksiyanı sərgiləmişdi. İndi isə şirkət onu Transcribe adı ilə hamı üçün istifadəyə verdi. Bu brədə Gagadget saytı xəbər verib. Transcribe, istifadəçi nitqini yazaraq demək olar heç bir gecikmə olmadan həmin nitqi digər dilə tərcümə etməyə imkan verən servisdir. Google Translate-də buna bənzər funksiya var idi. Lakin Google Translate-də mətni ya yazmaq ya da öncədən səsləndirmək lazım gəlirdi. Məhz bunlardan sonra servis tərcümə prosesini reallaşdırırdı.
        Bu yeni funksiyadan istifadə etmək üçün Google Translate tətbiqinə daxil olub Transcribe düyməsinə klikləmək lazımdır. Hal hazırda o, ingilis, fransız, alman, hindi, portuqal, rus, ispan və tay dillərini dəstəkləyir. Sözügedən funksiyanın ayarlarında interfeysi, hərflərin ölçülərini dəyişmək və orijinal mətnin əks olunmasını aktivləşdirmək olar. Transcribe funksiyası server səviyyəsində işə salınır. Buna görə də onun hamı üçün aktivləşdirilməsini bir qədər gözləmək lazım gələcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər