
'Google'un gecəyə damğasını vuran mükəmməl cihazları (VİDEO)
Elm & Texnologiya
04.10.2017
Emil
Biiraz öncə “Google” tərəfindən keçirilmiş tədbir çərçivəsində Pixel və Pixel XL modellərinin ikinci nəsli təqdim olundu.
Keçən ilki modellərdə olduğu kimi
yeni modellərin kameraları da DxOMarlc mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilərək
98 xala laiq görüldülər. Bununla yanaşı Pixel 2 və Pixel 2 XL modelləri həmçinin
yenilənmiş dizayna, proqram funksiyalarına və Android sisteminə sahibdirlər. Ən
böyük marağı oyadan model məhz Pixel 2 XL-dir. Belə ki, məhz o, ən yeni sistem
funksiyalarını özündə birləşdirir. Şirkət, çərçivəsiz ekran trendindən geri
qala bilməzdi.
Buna görə də Pixel XL 2, 6 inç-lik QHD OLED ekranla təchiz
olunub. Smartfonun çərçivələri rekord dərəcədə nazik olmasalar da, bir qədər
nazikdirlər. Bununla yanaşı smartfon ön tərəfdən səsgücləndiricilərə
sahibdir. Çox güman ki, şirkət onları, 3.5 mm-lik audiogirişin əvəzinə yerləşdirib.
Qeyd etmək lazımdır ki, hər iki smartfonda sözügedən ənənəvi audiogiriş özəlliyi
yoxdur. Bir tərəfdən baxanda yeni smartfonların dizayn konsepsiyası dəyişilməz
olaraq qaldı. Keçən ilki modellər kimi yeni modellər də metal korpusa və arxa
panel tərəfdə qoruyucu şüşəyə sahibdirlər. Barmaq izi skanı isə dəyişilməz
olaraq arxa paneldə yerləşib.

Lakin yeni smartfonlarda IP67 standartlı sudan
qorunma özəlliyi əlavə edilib və onların hər ikisi də Always on Display funksiyasını
dəstəkləyir. Texniki göstəricilərinə gəldikdə isə Pixel 2 XL, 8 nüvəli Snapdragon
835 prosessoru, 4 GB RAM, 64/1278 GB daxili yaddaş və 3520 mAh enerji tutumlu
batareya ilə təchiz olunub. Adi Pixel 2 modeli isə Pixel 2 XL kimi çərçivəsiz
ekrana sahib deyil. Bunun əvəzində o, 5 inç-lik Full HD ekran ilə təchiz
olunub.

Texniki göstəricilərinə görə isə Pixel 2, Pixel 2 XL ilə eynidir. Sadəcə
olaraq batareya həcmləri fərqlidir. Belə ki, Pixel 2, 2700 mAh enerji tutumlu
batareya ilə təchiz olunub. Hər iki smartfon, sürətli enerji yığma özəlliyini dəstəkləyir
və USB Type-C girişinə sahibdir. Keçən ilki modellər həmçinin yaxşı keyfiyyətli
foto və video çəkimi ilə də seçilirdilər. Yeni modellərdə nəinki ikili kamera
özəlliyi yoxdur, həmdə onlar keçən ilki modellərdə olduğu kimi qaldılar. Yəni hər
iki smartfon, 12 MP-lik arxa və 12 MP-lik ön kamera ilə təchiz olunub. Lakin
buna baxmayaraq onların keyfiyyətlərinin yükəsəlməsi, proqram təminatı yolu ilə
mümkün olub.

Belə ki, yeni modellərdə olan kameralar, portret rejimini, üz
keyfiyyətlərinin yaxşılaşdırılması funksiyasını və “Apple”da olan Live Photo özəlliyinin
analoqunu dəstəkləyirlər. Bütün bunlara
baxmayaraq bu seriyanın smartfonları, alıcıları əsasən Android sistemindəki özəllikləri
ilə cəlb edir. Belə ki, keçən ilki versiyalarda istifadəçilər Google Photo
servisində istədikləri miqdarda foto və videoları, olduqları keyfiyyətdə
saxlaya bilirdilər. Bu funksiya, yeni model smartfonların istifadəçiləri üçün də
aktiv olacaq. Bununla yanaşı hamımıza HTC U11-dən tanış olan Active Edge
funksiyası, bu smartfonlara da əlavə olunub.

Bundan sonra istifadəçi yeni
modellərin korpuslarını sıxaraq müəyyən əməliyyatları işə sala biləcəklər. Məsələn
belə üsulla Google Assistant səsli köməkçisini işə salmaq olar. Bundan əlavə
olaraq yeni smartfonlara həmçinin musiqinin tanınması funksiyası əlavə olunub.
Təbii ki, bunun üçün Shazam kimi məşhur tətbiqdən istifadə etmək olar. Lakin tətbiqi
işə salmaq vaxt itkisidir. Yeni smartfonlarda olacaq bu yeni funksiya isə sizin
ətrafınızda səslənən musiqiləri daim dinləyəcək və onların adlarını ekranda əks
etdirəcək. Təbii ki, funksiyanı dekativ və ya onun işini məhdudlaşdırmaq
mümkündür. Ən əsası isə onu qeyd etmək lazımdır ki, hər iki smartfon, Android
8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Beləliklə daxili yaddaşdan
asılı olaraq Pixel 2, 649$ və 749$ qiymətinə, Pixel 2 XL isə 849$ və 949$ qiymətinə satılacaq.
Yeni smartfon modellərindən başqa
şirkət həmçinin Pixelbook adlı hibrid noutbook modelini də təqdim etdi. Bu,
Google Assistant səsli köməkçisini dəstəkləyən ilk noutbook modelidir.
Beləliklə şirkət, Chromebook seriyasından vaz keçərək tamamilə yeni seriyaya
start verdi. Həmişəki kimi şirkət, əməliyyat sistemi kimi Chrome OS-dən istifadə
etdi.

Cihazın performansından isə Intel mobil prosessoru cavabdehdir. Google
Pixelbook, 12.3 inç-lik sensorlu Quad HD ekranla təchiz olunub. Sensorlu idarəetmədən
əlavə olaraq Pixelbook həmçinin Pixelbook Pen stilusunu da dəstəkləyir.
Sözügedən stilus, ekrana klikləmə gücünü təyin edir və 60 dərəcəlik əyilmə
bucağını dəstəkləyir.nNoutbookun korpusu, 4 rejimdə çalışmaq üçün imkan yaradır.
Pixelbook-un qalınlığı 10 mm, çəkisi isə 1 kq-dır. Texniki göstəricilərinə gəldikdə
isə Pixelbook, Intel Core i5 və i7 prosessorları ilə təqdim olunur.

Bununla
yanaşı o, 16 GB RAM və 128/256/512 GB SSD daxili yaddaşı ilə təchiz olunub.
Noutbook-un batareyası, 10 saata kimi çalışmağa imkan verir. USB Type-C girişi
vasitəsilə 15 dəqiqəlik şarj prosesi sayəsində isə Pixelbook, 2 saat şarjsız
çalışa bilər. İlk dəfə olaraq şirkət, noutbooku, Assistant süni zəka servisi ilə
inteqrasiya edib. Səsli köməkçi, istifadəçinin suallarına cavab verir,
ekrandakı məlumatları oxuyur və şəbəkədə lazımi məlumatları tapır.

Bununla
yanaşı yaxınlıqda şəbəkə olmayan zaman, Pixelbook, avtomatik olaraq Pixel smartfonu
vasitəsilə internetə qoşulur. Minimal texniki göstəricilərə sahib versiya, 999$
qiymətində satışa çıxacaq. Pixelbook Pen isə komplektə daxil olamayaq və onu
ayrıca 99$ qiymətinə almaq mümkün olacaq. Pixelbook, 31 Oktyabr tarixində
satışa çıxacaq.
“Google” həmçinin Pixel Buds adlı
maraqlı naqilsiz qulaqlıqları da təqdim etdi. Assistant səsli köməkçisini dəstəkləyən
bu qulaqlıqlardan istifadə zamanı, smartfona gəlmiş bildirişləri oxumaq üçün
onu, cibdən çıxartmağa ehtiyac qalmayacaq. Qulaqlıqlar hər bir musiqi janrına
uyğunlaşır və buna görə də musiqi tamamilə aydın şəkildə eşidilir.

Sözügedən
qulaqlıqların daha bir maraqlı özəlliyi isə tərcüməçi funksiyasına sahib
olmasıdır. Belə ki, bu qulaqlıqlar, istifadəçiyə yad olan dildə söylənmiş sözləri
və ya cümlələri, real zaman ərzində tərcümə edir (40 dil dəstəklənməsi). Pixel
Buds qulaqlıqları, Noyabr ayında 159$ qiymətinə satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
