'Google', uruqvaylı məktəbliyə,sistem boşluğunun tapılmasına görə 10.000$ mükafat verdi

'Google', uruqvaylı məktəbliyə,sistem boşluğunun tapılmasına görə 10.000$ mükafat verdi

Texnologiya
11.08.2017 PAYLAŞIM

Uruqvaydan olan məktəbli Ezequiel Pereira, “Google”un sistemində tapdığı boşluğa görə şirkətdən 10.000$ mükafat aldı.

Onun tapdığı sistem boşluğu sayəsində şirkətin gizli məlumatlarını əldə etmək mümkün idi. Pereira bildirib ki, o, hostun başlığını (host header) dəyişmək və “Google”ın yalnız daxili istifadəçiləri ([email protected]) üçün nəzərdə tutulmuş App Engine bulud sisteminin daxili tətbiqlərinə daxil olmaq üçün Burp Suite adlı tətbiqdən istifadə edib. Google serverləri bir neçə dəfə Pereira-ya rədd cavabı verib. Lakin, yaqs.googleplex.com saytı ona keçid təqdim edərək “Google”ın servis və infrastrukturu haqqında maraqlı məlumatların olduğu sistemə yönləndirib. Sonradan isə məktəbli fikir verib ki, səhifənin sonunda Google Confidential yazısı var. Beləliklə o, saytı müşahidə etməyi dayandırıb və sistem boşluğu barəsindəki məlumatı, “Google” şirkətinə verməyi qərara alıb. Pereira-nın sözlərinə əsasən o bu məlumatları, 11 İyul tarixində şirkətə bildirib. “Google” isə onunla daha sonra əlaqə saxlayacağına söz verib və 4 Avqust tarixində məktəbliyə 10.000$ pul mükafatı təqdim edib. Pereira-nın sözlərinə görə onun aşkarladığı sistem boşluqları aradan qaldırılıb.




DAHA ÇOX


OPPO şirkəti MR Glass Developer Edition adlı qarışıq reallıq (AR + VR) cihazını ..

OPPO şirkəti Qualcomm ilə əməkdaşlıq çərçivəsində hazırlanmış MR Glass Developer Edition adlı qarışı..


Qualcomm-un yeni texnologiyası AR funksiyaları rahat şəkildə Android-ə inteqrasi..

Qualcomm şirkəti AR texnologiyalara həsr edilmiş konfrans çərçivəsində özünün bu sahə ilə bağlı hazı..


ASUS soyutma sisteminə sahib yeni monitorunu təqdim edib

ASUS şirkəti Computex 2023 sərgisi çərçivəsində əyilmiş dizaynda reallaşdırılmış ROG SWIFT OLED PG49..


WWDC 2023-də yenilənmiş Apple Mac Pro təqdim oluna bilər

5 iyun tarixində Apple şirkətinin WWDC 2023 konfransı start götürəcək.


Xiaomi-nin ilk elektromobilinin yeni real fotoları ortaya çıxıb

Xiaomi şirkəti aktiv şəkildə öz ilk elektromobili üzərində çalışmağa davam edir.


Qualcomm öz portativ oyun konsolunu hazırlaya bilər

İnsayderlərin verdikləri məlumata əsasən Qualcomm şirkəti bir neçə müddət bundan öncə Sony və Ninten..

×