main-post-cover

    Google və Facebook kimi şirkətlər Britaniyada milyardlarla dollar cəza ödəyə bilər

    Elm & Texnologiya
    07.08.2017
    Aynar Məmmədzadə
    Britaniyada yeni qəbul olunan qanunlara əsasən istifadəçilərin məlumatlarını icazəsiz şəkildə istifadə edən şirkətlər milyard dollarlarla cəza ödəyə bilərlər.
    Google, Facebook və digər nəhənglər başda olmaqla internet dünyasında fəaliyyət göstərən bir çox böyük şirkət internet istifadəçilərinin məlumatlarını reklam məqsədilə istifadə edirlər. Bu, şirkətlər istifadəçilərin etdikləri axtarışlara baxıb maraq dairələrini öyrənir və həmin adresləri reklam verənlərə satırlar.   
    İngiltərənin Rəqəmsal Naziri Matt Hancock-un hazırladığı yeni düzəlişlər hal-hazırda ölkədəki məlumat qoruma qanunlarına yenilik gətirir.
    Bu qanunlara əsasən artıq şirkətlər istifadəçi məlumatlarından istifadə edərkən hər bir istifadəçiyə məlumatın necə istfifadə olunacağı barədə geniş açıqlama verməli və ardınca elektron icazə istəməli olacaqlar. Eyni zamanda istifadəçilər istədikləri vaxt bu məlumatların silinməsini tələb edə biləcəklər.    
    Əgər şirkətlər bu qaydalara əməl etməzlərsə minimum 17 milyon pound olmaqla şirkətin illik gəlirlərinin 4%-i miqdarında cərimə ödəyəcəklər. Facebook və Google kimi şirkətlərin illik gəlirlərini nəzərə alsaq bu rəqəm milyardlarla ölçülə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər