Reklam
Google yaxın zamanda yeni AR eynəyinin testinə start verəcək

Google yaxın zamanda yeni AR eynəyinin testinə start verəcək

Texnologiya
21.07.2022 PAYLAŞIM

    Ortaya çıxmış məlumatlara görə Google şirkəti artırılmış reallıq özəlliyinə sahib yeni eynəklər üzərində çalışır və artıq yaxın zamanda onun testinə start verəcək. Bundan əlavə olaraq Google Glass-ın davamçısı olacaq yeni cihazın bəzi texniki imkanları da məlum olub. Görünür, bu dəfə yeni eynəyi adi eynəkdən fərqləndirmək qəliz məsələ olacaq. Şirkət təmsilçilərinin verdikləri məlumata əsasən hazırlanan yeni eynəyin çalışan prototiplərindən biri xarici görünüşcə adi eynəyi xatırladır. Lakin buna baxmayaraq o, linzaya inteqrasiya edilmiş ekrana sahibdir. Bundan əlavə olaraq eynək kameralar və mikrofonlarla təchiz olunub. Məlumatda qeyd edilib ki, kameralar və mikrofonlar çəkiliş üçün nəzərdə tutulmayıb.

    Belə ki, onlar mətnlərin təyin edilməsində və təyin edilmiş mətnlərin lazımi dilə tərcümə edilməsində istifadə ediləcəklər. Bundan əlavə olaraq hazırlanan yeni eynək naviqasiya sisteminə sahib olacaq və bu halda istifadəçiyə lazım olacaq marşrut eynəyin ekranında əks olunacaq. Məlumata əsasən yeni eynəyin testlərinə artıq gələn ay start veriləcək və testlər ABŞ-ın bəzi regionlarında müxtəlif hava şəraiti çərçivəsində reallaşdırılacaq. Testlər həm şəhər küçələrində həm də ictimai yerlərdə aparılacaq. Məlumatda qeyd edilib ki, eynəkdə çəkiliş özəlliyinin olmamasına baxmayaraq o, ətrafdakıları öz kameralarının aktivlikləri barəsində məlumatlandıracaq. Google şirkətinin yeni AR cihazının final dizaynı hələ bəlli deyil. Bu cür eynəyin satışa nə zaman çıxacağı da bilinmir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin qarışıq reallıq cihazı haqqında yeni məlumatlar..

Analitikin sözlərinə əsasən şirkət il ərzində 1.5 milyon ədəd qarışıq reallıq cihazını satışa çıxart..


Apple M2 və M2 Pro prosessorlu Mac mini üzərində çalışır

Bloomberg saytının jurnalisti Mark Gurman Apple şirkətinin yeni Mac mini kompüteri barəsində məlumat..


Nothing şirkəti yeni məhsullarına işarə edən video təqdim edib (VİDEO)

Nothing şirkəti öz Youtube kanalında “What’s after Phone (1)?” adlı video təqdim edib.


Tesla Optimus robotunun əllərinin əks olunduğu tizer foto təqdim edilib

Tesla AI Day Part 2 tədbirinin keçirilməsinə az müddət qalmış şirkət insana bənzər Tesla Optimus adl..


BMW i4 eDrive35 adlı yeni elektromobilini təqdim edib - QİYMƏTİ

BMW şirkətinin ABŞ şöbəsi elektrikli i4 eDrive35 2023 sedanını təqdim edib.


OnePlus Nord Buds CE adlı yeni büdcəli naqilsiz qulaqlıqlar təqdim edilib - QİYM..

Artıq sabah OnePlus şirkəti OnePlus 10T flaqman smartfonunu təqdim edəcək. Lakin ondan öncə şirkət N..

×