main-post-cover

    Google: 'Zərərli saytlar illərlə iPhone'ları rahatlıqla hack edib'

    Elm & Texnologiya
    30.08.2019
    Emil Nəcəfov
        Bir çox iOS istifadəçiləri əmindirlər ki, onların cihazları viruslara və hacker hücumlarına qarşı dözümlüdürlər. Lakin məlum olub ki, bu fikir bir qədər şişirdilib. Belə ki, Google Project Zero-nun kibertəhlükəsizlik üzrə analitiklər komandası Apple cihazlarına olmuş ən böyük kiberhücumlardan biri barəsində hesabatı təqdim edib. Həmin kiberhücum dalbadal 2 il ərzində Apple ciazlarına reallaşdırılıb. Bu barədə Vice.com saytı xəbər verib. Məlumata əsasən iOS cihazlarının zərərli viruslarla yoluxmalarının əsas səbəbi hack edilmiş saytlar olub. Həmin saytlara isə gün ərzində minlərlə istifadəçi daxil olurmuşlar.
        Tədqiqatçılar 5 müxtəlif exploit zənciri və 12 iOS boşluğu aşkar ediblər. Həmin boşluqlardan 7-si Safari brauzerinin üzərinə düşüb. Bu sistem boşluqları sayəsində hackerlər smartfonlar üzərində imtiyazları və istifadəçilərin özlərinə təqdim edilməmiş funksiyaları əldə edirdilər. “Hack olunmuş sayta daxil olmaq sizin smartfonunuza kiberhücumu reallaşdırmaq üçün kifayət edirdi. Əgər kiberhücum uğurlu şəkildə reallaşdırılırdısa, monitorinq üçün “implant” quraşdırılırdı” - deyə Google Project Zero-nun təmsilçisi bildirib.
        Məlumata əsasən bu cür saytlar 2 il rəzində smartfonlara kiberhücumlar reallaşdırırdılar. Mütəxəssislərin sözlərinə əsasən hackerlər istifadəçilərin smartfonlarına gizli şəkildə casus tətbiqlərini quraşdıra bilirdilər. Google şirkətinin məlumatlarına əsasən həmin casus tətbiqlər istifadəçilərin fotolarını, mesajlarını oğurlamaq və onların cihazlarının yerləşdikləri yerləri təyin etmək üçün istifadə olunurdular. Bu üsulla həmçinin bir çox məşhur messencerlərdə göndərilmiş mesajları da oxumaq olurdu. Bura Telegram, Whatsapp iMessage də daxildir.
        Bu kiberhücumlara iOS 10-dan iOS 12-ə kimi (iOS 12 də daxil olmaqla) olan bütün cihazlar məruz qalmışdı. Google şirkəti isə öz növbəsində sistemdə olan boşluqlar barəsində Apple şirkətinə məlumat verib və onları aradan qaldırmaq üçün 1 həftə zaman verib. Bu isə sözügedən problemlərin nə dərəcədə ciddi olduğunu sübut edir. Belə ki, problemlərin aradan qaldırılması üçün adətən 90 gün müddət verilir. 6 gündən sonra isə Apple şirkəti iPhone 5s, iPad Air və digər cihazları üçün iOS 12.1.4 əməliyyat sistemini istifadəyə verdi.
    Linki kopyala