GoPro Hero 7 action kameralarının qiymətləri ilə özəllikləri məlum oldu

GoPro Hero 7 action kameralarının qiymətləri ilə özəllikləri məlum oldu

Texnologiya
06.09.2018 PAYLAŞIM

    İnternetdə GoPro Hero 7 action kamerasının və onun versiyalarının qiymətləri ilə özəllikləri barəsində məlumatlar yayılıb. Beləliklə GoPro Hero 7 Black modeli Hero 6 GP1 prosessoru ilə təchiz olunacaq. Bu model saniyədə 60 kadr olmaqla 4K videolar və saniyədə 240 kadr olmaqla Full HD videolar çəkə biləcək.


Bənzər xəbər


    Bundan əlavə olaraq GoPro Hero 7 Black real zaman ərzində canlı yayım, HDR, 30 saniyəlik Boomerang tərzli videoların çəkilməsi və təkmilləşdirilmiş Hypersmooth stabilizasiyası funksiyalarına sahib olacaq. Xarici görünüşcə isə yeni action kamera Hero 6-dan heçnə ilə fərqlənmir. GoPro 7 Silver isə saniyədə 30 kadr olmaqla 4K vdieo çəkə biləcək. O həmçinin ekran, GPS, 30 saniyəlik Boomerang tərzli videoların çəkilməsi və səsli idarəetmə kimi funksiyalara da sahib olacaq.


    GoPro Hero 7 White modeli isə yalnız saniyədə 60 kadr olmaqla 1440p keyfiyyətli videolar çəkə biləcək. Bu model arxa panel tərəfdən ekranla, səsli idarəetmə və təsvirin stabilizasiyası özəlliyi ilə təchiz olunacaq. Yeni GoPro Hero 7 action kameraları 20 Sentyabr tarixində təqdim olunmalıdır. Güman olunur ki, GoPro Hero 7 Silver modeli 299$-a, Hero 7 White modeli isə 199$-a satılacaq. Hero 7 Black modelinin qiyməti barəsində isə heç bir məlumat yoxdur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..

×