GoPro yeni Hero 9 Black action kamerasını təqdim edib - QİYMƏTİ

GoPro yeni Hero 9 Black action kamerasını təqdim edib - QİYMƏTİ

Texnologiya
16.09.2020 PAYLAŞIM

    GoPro şirkəti özünün yeni Hero 9 Black action kamerasını təqdim edib. Yeni kamera modeli əvvəlki Hero 8 Black ilə müqayisədə bir çox dəyişikliklər əldə edib. Fərqləndirici özəlliklər arasında böyüdülmüş obyektiv ekran, 5K keyfiyyətində videoçəkiliş, ön panel ekranı və dəyişdirilə bilən obyektivlərin dəstəyi var. Beləliklə Hero 9 Black modeli yenilənmiş xaric görünüşü əldə edib. Şirkət yeni action kamerada yandırıb/söndürmə və çəkiliş prosesini işə salma düymələrinin ölçülərini böyüdüb. Kameranın əsas sensorlu LCD ekranının ölçüsü 16% böyüyüb. Lakin Hero 9 Black-də reallaşdırılmış əsas özəllik ondan ibarətdir ki, onun ön panelinə 1.4 düym ölçüsündə olan rəngli LCD ekran yerləşdirilib. Həmin ekran vasitəsilə istifadəçi özünü çəkən zaman bütün çəkiliş prosesini idarə edə bilər.


    Kamerada tamamilə yeni 23.6 MP-lik sensordan istifadə olunur. Onun vasitəsilə 30 fps ilə 5K, 60 fps ilə 4K 240 fps ilə 1080p videolar çəkmək mümkündür. Hero 9 Black vasitəsilə fotolar 20 MP-lik rejimdə çəkilir. Bundan əlavə olaraq çəkilmiş 5K videolardan ayrı-ayrı kadrları 14.7 MP-lik keyfiyyətdə saxlamaq mümkündür. Yeni action kamera ilə birlikdə şirkət həmçinin onun üçün nəzərdə tutulmuş bir sıra yeni rejimi də anons edib. Məsələn, HindSight adlı rejimdə istifadəçi kameranın çəkiliş düyməsinə klik etməmişdən 15-30 saniyə öncə kamera artıq çəkilişə start verir. LiveBurst adlı rejim də buna bənzər tərzdə çalışır. Lakin bu rejim fotonun çəkilməsindən öncə və sonrakı 1.05 saniyəni əhatə edir.

    Nəticədə istifadəçi optimal kadrı seçə və ya 3 saniyəlik videonu tam şəkildə saxlaya bilər. Bununla yanaşı Hero 9 Black modelində dəqiq zaman göstəricisini təyin etmək mümkün olur. Məsələn, istifadəçi yatmamışdan öncə kameranı lazımi yerə qoyur və saatı ayarlayır. Səhər isə kamera avtomatik şəkildə sübhü çəkə bilir. Beləliklə sübhü çəkmək üçün istifadəçi oyanmalı olmayacaq. 1080p keyfiyyətində videoların çəkilməsi üçün veb kamera rejimi də dəstəklənir. Yeni Hero 9 Black modeli 1720 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən əvvəlki model ilə müqayisədə yeni Hero 9 Black-in avtonom rejimdə çalışma müddəti 30% yüksəlib. Action kameranın əldə etdiyi daha bir vacib özəllik ondan ibarətdir ki, onun oyektivlərini dəyişmək mümkündür.

    Şirkət hələki Max Lens Mod obyektivini təqdim edib. Şirkət qeyd edib ki, sözügedən obyektiv daha yaxşı stabilizasiyanı və daha geniş bucaq təsvirini təmin edir. Bununla yanaşı kameraya bir sıra fərqli aksessuarları da qoşmaq olar. Onların arasında işıqlandırma sistemi, mikrofon və əlavə 2 düym ölçüsündə ekran var. Qeyd etmək lazımdır ki, Hero 9 Black modelinin gövdəsi sudan qorunur və action kamera 10 metr dərinliyə dözür. GoPro Hero 9 Black modelini artıq bugündən şirkətin rəsmi saytından əldə etmək olar. Kameranın qiyməti 449.99$ təşkil edir. Bununla yanaşı hər birinin qiyməti 79.99$ olan mikrofon və ekran da satılır. Dəyişdirilməsi mümkün olan Max Lens Mod adlı obyektiv isə gələn 99.99$ qiymətində satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×