Göz protezləri 3D printerdə çap ediləcək

Göz protezləri 3D printerdə çap ediləcək

18.07.2018 PAYLAŞIM

Cənubi Koreyanın Yonsei Universitetinin Severans klinikası üçölçülü çapın köməyilə yaradılmış göz protezlərinin kommersiyalaşdırılması haqqında məlumat verib.

Technote.az bildirir ki, oftalmoloq Yun Yin-Suk və göz protezləri istehsalçısı Baik Syonq-Vun texnologiyanı 3 il aparılan tədqiqatdan sonra hazırlayıblar.


Texnologiyanın tətbiqi universitet və işığın rəqəmsal emalı texnologiyasına malik 3D printerlər üzrə ixtisaslaşmış Carima şirkətinin əməkdaşlığı sayəsində mümkün olub.

Artıq istehsalçılar layihənin ikinci mərhələsinə – texnologiyanın kommersiyalaşdırılmasına başlayıblar. Təşkilatlar arasında bağlanmış müqaviləyə əsasən, tədqiqatçılar yeni göz protezlərinin təhlükəsizliyi və yararlılığını 2020-ci ilə qədər sınaqdan keçirəcək.

Bundan sonra klinikanın və Carima-nın mütəxəssisləri müxtəlif regionlar və ölkələrdən olan pasiyentlərin protezlərlə təmin edilməsi üçün xüsusi proqram hazırlayacaq. Platformada məsləhət almaq, protezin dizaynını seçmək, istehsal prosesini izləmək və protezi sifariş etmək mümkün olacaq.

Statistikaya əsasən, Koreyada göz protezlərinə 60000 pasiyent ehtiyac duyur, lakin yalnız 40000 insan onları əldə etmək imkanına malikdir. Yeni texnologiya bu problemin həllinə və istehsal prosesini daha da sürətləndirməyə kömək edə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×