main-post-cover

    Gözlənildiyindən daha tez: Tesla ən ucuz elektromobilini gələn il təqdim edə bilər

    Elm & Texnologiya
    12.01.2021
    Farid Pardashunas
        İnternetdə dəfələrlə məlumat ortaya çıxıb ki, Tesla şirkəti ucuz qiymətə satılacaq yeni elektromobil üzərində çalışır və o, 2023-cü ildən tez təqdim olunmayacaq. Ortaya çıxmış yeni məlumat sızıntılarına əsasən isə Tesla həmin ucuz elektromobili artıq gələn il təqdim edə bilər. Bu barədə Electrek saytı xəbər verib. Çinin Weibo sosial şəbəkəsində Şanxaydakı Tesla Gigafactory 3 zavodunun sənədləri ortaya çıxıb. Həmin sənədlərdəki məlumatlara əsasən şirkət üçüncü ucuz elektromobilin istehsalına 2022-ci ildə start verməyi planlaşdırır. Hesabatlarda qeyd edilib ki, Tesla-nın yeni elektromobili 25.000-30.000$ qiymətində satılacaq.
        Başqa sözlə desək, yeni elektromobil Tesla Model 3-dən də ucuz olacaq. Məlumata əsasən həmin elektromobil ilk öncə Çində daha sonra isə digər regionlarda satışa çıxacaq. Təəssüflər olsun ki, yeni elektromobilin texniki özəllikləri barəsində bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, hal hazırda Tesla şirkəti 6 elektromobilə sahibdir: Model S, Model X, Model Y, Model 3, CybertruckRoadster. İlk 4 elektromobil artıq satışdadır. Lakin son 2 elektromobil yaxın gələcəkdə satışa çıxacaq. Bundan əlavə olaraq Tesla həmçinin Semi adlı elektrikli yük maşınına da sahibdir. Şirkət onu 3 il bundan öncə təqdim etmişdi. Lakin o hələ də satışa çıxmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər