
Gözlənilən oldu! iPhone X və iPhone 8 təqdim olundu! (VİDEO)
Elm & Texnologiya
12.09.2017
Emil
“Apple” sonunda iPhone X modelini təqdim etdi.
“Apple” sonunda iPhone X modelini təqdim etdi. iPhone X-in ən
vacib və gözədəyən özəlliyi onun xarici görünüşüdür. Belə ki, keçmiş modellərin ölçüləri dəyişsə də, onlarla qarşılıqlı əlaqə
üsulu olduğu kimi qalırdı. iPhone X isə əsas element olan Home düyməsindən azad
oldu. Belə ki, onun reallaşdırılması üçün smartfonun ön panelində sadəcə olaraq
yer çatmadı. Çünki ön panel tamamilə ekranlə əhatə olunub. iPhone X, 3D Touch və
HDR10 özəllikləinə sahib 5.8 inç OLED Super Retina ekran ilə təchiz olunub.
Qeyd etmək lazımdır ki, ekran, sonuncu model iPad Pro-da olduğu kimi Tru Tone
texnologiyasını da dəstəkləyir. Bu texnologiya, mühitdən asılı olaraq ekrandakı
ağ rəngin balanslaşdırılmasına şərait yaradır. Korpusun formasına görə iPhone
X, keçən ilki iPhone 7-dən heç də fərqlənmir. Lakin korpusun hazırlandığı
materiallar bu dəfə dəyişdi.

Belə ki, smartfonun çərçivələri poladdan, arxa
qapaq isə dözümlü şüşədən hazırlanıb. Arxa qapağın şüşədən olması ilk növbədə
naqilsiz şarj funksiyası üçün lazım idi. Beləliklə şirkət həmçinin
smartfonların, smart saatların və qulaqlıqların şarjı üçün nəzərdə tutulmuş
özünün naqilsiz şarj stansiyasını da təqdim edib. iPhone X-də olan vacib özəlliklərdən
biri də yandırıb/söndürmə düyməsinin bir neçə funksiyalara sahib olmasıdır. Belə
ki, həmin düymənin ölçüsü bir qədər böyüyərək bir sıra əməliyyatları yerinə
yetirmək üçün nəzərdə tutulub. Məsələn həmin dyməni iki dəfə kliklədikdə Apple
Pay ödəmə sistemi işə düşür. Düyməni klik edərək müəyyən vaxt saxladıqdan sonra
isə Siri işə düşür. iPhone X-də Home düyməsinin olmaması həmçinin Touch ID
barmaq izi skanının olmaması deməkdir. Bundan sonra istifadəçilər, insan zünün
skanı texnologiyası olan Face ID-dən istifadə edəcəklər.

Yeni texnologiya,
Touch ID-ni əvəz edir. Onun işini isə smartfonun yuxarı hissəsində yerləşən ön
kamera və ötürücülər görürlər. Beləliklə yeni texnologiya həmçinin neyron şəbəkəsindən
istifadə edərək istifadəçinin individual üz təsvirini yaradır. Şirkətin məlumatına
əsasən Face ID-nin yanlış şəkildə işə düşməsi halı, milyonda birə bərabərdir.
Bununla yanaşı iPhone X-i bu vasitə ilə həmçinin qaranlıq mühitdə blockdan
çıxartmaq olar. iPhone X, istifadəçinin baş vəziyyətini tam dəqiqliklə təyin edə
bilir. Bunu isə bir sıra özəlliklər üçün istifadə etmək olar. Məsələn, iMessage
vasitəsilə 3D animasiyalı emojilər yaratmaq və onları səsləndirmək mümkündür.
Yeni smartfon, 6 nüvəli A11 Bionic prosessoru vasitəsilə çalışır. Beləliklə bu
prosessorlar 30% daha güclüdürlər və 2 dəfə daha az eneri sərfiyyatına
malikdirlər.

Həmçinin yeni prosessor sayəsində yeni iPhone-lar, iPhone 7-dən 2
saat daha çox enerji saxlaya bilirlər. Kameralara gəldikdə isə keçən ilki
modellərdən fərqli olaraq elə də inqilabi bir şey baş vermədi. iPhone X, keçən
ilki model kimi 12 MP-lik ikili arxa kameraya sahibdir. Lakin bir fərq ondan
ibarətdir ki, bu dəfə kamera şaqulidir. Bununla yanaşı iPhone X-in hər iki arxa
kamerası da optik stabilizasiyaya sahibdir. Beləliklə pis işıqlandırılmış vəziyyətlərdə
belə, keyfiyyətli fotolar çəkmək mümkündür. iPhone X-in ön paneli kameralar
sistemi ilə təchiz olunduğu üçün ön kamera vasitəsilə də portret rejimli
fotolar çəkmək olar. iPhone X, 3 Noyabr tarixində 64 və 256 GB daxili yaddaş
versiyaları ilə satışa çıxacaq. 64 GB-lıq versiya 999$ qiymətinə satılacaq.

Hətta iPhone-nun 10 illiyində də “Apple” ənənələri
pozmayaraq, keçən ilki modellərin təkmilləşdirilmiş versiyalarını təqdim etdi. Lakin
təəccüblüsü ondadır ki, keçən ilki modellərin yeni versiyaları iPhone 8 və
iPhone 8 Plus adlanırlar. Faktiki olaraq bu smartfonlar, iPhone 7 dizaynına və
iPhone X texniki göstəricilərinə sahib modellərdir. Keçən ilki modellərdən
dizayn, metal korpus olduğu kimi qalıb. Lakin hər iki modelin arxa panelləri
şüşə ilə örtülmüşdür.
iPhone 8 və iPhone 8 Plus, həminki 4.7 və 5.5 inç-lik
ekranlarla təchiz olunublar. Hər iki modeldə həmçinin True Tone texnologiyası
da reallaşdırılıb. Keçən ilki modellərdən fərqli olaraq iPhone 8
və iPhone 8 Plus, tamamilə yeni olan A11 Bionic prosessoru vasitəsilə çalışır.
Kameralar da təkmilləşdirilib. iPhone 8, 12 Mp-lik, iPhone 8 Plus isə 12 MP-lik
ikili arxa ilə təchiz olunub.

Bundan əlavə olaraq iPhone 8 Plus-da yeni portret
çəkiliş rejimi də əlavə olunub. Neyron şəbəkələrin vasitəsilə smartfon, kadrda
olan işığı incələyir və gözəl portret fotolar üçün rəngləri uyğunlaşdırır.
Lakin bununla yanaşı fotonu çəkəndən sonra belə işıq ayarlarını düzəltmək olur.
Şüşə qapağın hesabına yeni iPhone modelləri, Qi standartlı naqilsiz şarj
sistemini də dəstəkləyir. iPhone 8 və iPhone 8 Plus, bu ayın sonunda satışa
çıxacaqlar. 32, 64 və 128 GB daxili yaddaşa sahib iPhone 8, 699$ qiyməti ilə
başlayaraq, 64 və 256 GB daxili yaddaşa sahib iPhone 8 Plus isə 799$ start qiyməti
ilə satışa çıxacaq.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
