
GTA kimi hadisə: ABŞ-da polislər, avtomobil oğrusunu dron vasitəsilə yaxalayıblar! (VİDEO)
Elm & Texnologiya
18.07.2024
Aslan
Kaliforniyanın Santa Monica şəhərində polis idarəsinin yeni həyata keçirdiyi dron ilə müşahidə proqramı sayəsində maraqlı hadisə baş verib. İyulun 6-ı tətil həftəsonunda Santa Monica Pier yaxınlığında bir adam, avtomobil oğurluğunda şübhəli bilinərək həbs edilib.
Santa Monica Polis Departamentinin məlumatına görə, iyulun 6-da adi patrul zamanı dronun pilotu, estakada və çimərlik dayanacaqlarının ətrafındakı izdihamı yoxlamaq qərarına gəlib. Lot 1 North kimi tanınan böyük dayanacağın üzərindən uçarkən pilot, şübhəli hərəkət edən bir adam görüb. Dronun kamerası şübhəlinin avtomobilin kilidini sındırmaq, içəri girmək və təxminən 2 dəqiqə içəridə qalmaq üçün burğac və başqa alətdən istifadə etdiyini qeydə alıb. Bu vaxtı pilot, hadisə yerinə qrup göndərilməsini istəyib. Şübhəli şəxs, eyni üsulla başqa bir avtomobilə daxil olarkən, dron pilotu, gələn polisləri ünvana istiqamətləndirib.
Polis əməkdaşları, şübhəli şəxsi oğurlanmış əşyalarla tutub və onu avtomobil oğurluğu və müxtəlif oğurluq cinayətləri törətməkdə ittiham edərək həbs ediblər. Santa Monica Polis İdarəsi, hadisənin videosunu YouTube və Facebook-da paylaşıb. "Drone as a First Responder“ (İlkin Müdaxilə Aparatı kimi Drone) adlı bu proqram, son 2 ildə evlərə girən oğruların və cinayətkarların tapılması kimi müxtəlif məqsədlər üçün istifadə edilib. Polisin cinayətkarları tutmaq üçün süni intellekt dəstəkli dronlardan istifadəyə keçəcəyi günlər uzaq görünmür. Pilot tələb etməyən təhlükəsizlik dronları sayəsində yaxın gələcəkdə çox daha təhlükəsiz cəmiyyətə nail olmaq olar.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
