
Kanadanın Surrey adlı şəhərindən olan Higgins ailəsi, avtomobillərinin deaktiv olması səbəbilə hackerə müraciət edib.
Belə ki, onların avtomobilləri deaktiv olandan sonra avtomobil istehsalçısı və avtodiler, avtomobilin açarının kopyasının verilməsinin qeyri-mümkünlüyünü bildirəndən sonra sözügedən ailə, avtomobilin yenidən aktiv olması üçün hacker-ə müraciət edib. Bu ilin May ayında Higgins ailəsi, istifadə olunmuş Toyota Estima adlı avtomobili aldı. Lakin 3 ədəd avtomobil açarı yerinə onlara 1 ədəd açar verildi. 1 aydan sonra sözügedən ailə, Kanada ətrafı səyahət edən zaman həmin açarı itirdi. Beləliklə ailə öz səyahətini davam etdirə bilmədiyi üçün açarın bərpa olunması səbəbilə avtodilerə müraciət etdi. Lakin buna baxmayaraq nə satıcı, nədə avtomobil istehsalçısı onlara sözügedən açarın kopyasını verə bilmədilər.
Belə ki, onlar ailəyə bildirdilər ki, həmin açar
unikaldır. Bundan əlavə olaraq çətinlik həmçinin ondan ibarət idi ki, Toyota
xüsusi təhlükəsizlik cihazı ilə təchiz olunmuşdu. Belə ki, kimsə avtomobili əsl
olmayan açar ilə işə salmağa cəhd etsə, həmin cihaz, avtomobilin işə düşməsinə
mane olur. Beləliklə sözügedən ailə, avtomobili aktiv etmək üçün hacker şəxsin
tapılması ilə bağlı elan verdi və qeyd etdi ki, problemin uğurlu həll ediləcəyi
halda onlar 500 kanada dolları (400 amerika dolları) ödəyəcəklər. Təbii ki, bu
işi öhdəsinə götürəcək hacker tapılmadı və avtomobil boş-boşuna qalmışdı. 2 həftədən
sonra isə həmin avtomobili bir usta götürdü və o öz hacker tanışına bu problemi
danışdı. Həmin hacker isə avtomobildəki proqram təminatını düzgün şəkildə
proqramlaşdıraraq avtomobili aktiv şəkilə saldı. Hackerin adı isə bilinən səbəblərə
görə qeyd olunmur.
Şərh yoxdur