Reklam
Hacker iOS 13.1.1 əməliyyat sistemini 2 saniyəyə hack edib

Hacker iOS 13.1.1 əməliyyat sistemini 2 saniyəyə hack edib

Texnologiya
30.09.2019 PAYLAŞIM

    Keçən həftə axi0mx ləqəbli hacker iOS əməliyyat sisteminin yeni versiyası üçün nəzərdə tutulmuş işlək jailbreak-i təqdim edəcəyini söz vermişdi. İndi isə həmin hacker öz tədqiqatının nəticələrini təqdim edib. Məlum olub ki, Apple şirkətinin dəfələrlə etibarlı və dözümlü kimi qələmə verdiyi tamamilə yeni iOS 13.1.1 əməliyyat sistemi hack prosesinə qarşı dözümlü ola bilməyib. Bu barədə 9o5mac saytı xəbər verib..

    Hackerin verdiyi məlumata əsasən smartfonun DFU servis rejiminə keçirilməsindən 2 saniyə sonra checkm8 adlı proqram aləti avtomatik şəkildə jailbreak-i işə salır. Prosesin sona çatmasından sonra App Store online mağazasının qanunlarından yan keçən tətbiqlərin smartfona yazılması üçün ondan bütün iOS məhdudlaşdırıcıları aradan qaldırılır. Təkmilləşdirilmiş jailbreak versiyasının daha bir özəlliyi də ondan ibarətdir ki, o, əməliyyat sisteminin və onun interfeysinin təkmilləşdirilməsi üçün tweak-lərin yazılmasını mümkün edir.


    Test platforması kimi hacker tərəfindən A11 prosessoruna sahib iPhone X modeli istifadə edilib. Hackerin verdiyi məlumata əsasən bu sistem boşluğunu aradan qaldırmaq üçün proqram patch-ı yaratmaq mümkün deyil. Belə ki, sözügedən boşluq smartfonun aparat təminatı boşluğundan istifadə edir. Bu jailbreak versiyasının quraşdırıldığı iPhone modelinin hər dəfəsində yenidən işə salınması zamanı jailbreak versiyasını yenidən smartfona quraşdırmaq lazım olur. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi Mi Band 7 Pro smart qolbağının dizaynı rəsmi şəkildə sərgilənib

Xiaomi şirkəti Mi Band 7 Pro smart qolbağının yaxın zamanda satışa çıxacağını təsdiqləyib...


Braziliya da öz regionundakı smartfonlarda vahid USB Type-C girişindən istifadən..

Braziliyanın şəbəkələr üzrə Anatel adlı nizamlayıcı orqanı USB Type-C girişini ökədə satılan bütün s..


2035-ci ildən Avropa Birliyi regionunda daxili yanma mühərrikinə sahib avtomobil..

2030-cu ilə kimi yüngül avtomobillərin karbon tullantıları 55%, yüngül kommersiya furqonlarının karb..


Instagram Azərbaycanda niyə musiqili videoları bloklayır? (AÇIQLAMA)

Son 1 hhəftə ərzində Instagram kütləvi şəkildə musiqili videoları müəllif hüquqlarının pozulması səb..


Qualcomm Snapdragon 8 Gen 2 flaqman prosessorunun nə zaman təqdim olunacağı məlu..

Qualcomm şirkəti bu il üçün yeni məhsullarının təqdimatı üzrə yol xəritəsini yeniləyib...


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının texniki özəllikləri barəsin..

Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində məlumatlar mütəmadi olaraq çıxmağa davam..

×