Hackerlər dövlət saytları vasitəsilə gizli olaraq kriptovalyuta mayninqi ilə məşğul olurlar

Hackerlər dövlət saytları vasitəsilə gizli olaraq kriptovalyuta mayninqi ilə məşğul olurlar

Texnologiya
17.09.2018 PAYLAŞIM

    Kriptovalyutaların gizli mayninq epidemiyası bütün dünyaya yayılıb və növbə Hindistana çatıb. Belə ki, məlum olub ki, Hindistanın demək olar ki, bütün dövlət saytları gizli kriptovalyuta mayninqini reallaşdıran zərərli tətbiqlərlə yoluxub. Həmin zərərli tətbiqlər istifadəçilərin kompüterlərinin güclərindən istifadə edərək CoinHive skripti vasitəsilə Monero adlı kriptovalyutanı mayninq edirlər. Mütəxəssislər təyin ediblər ki, zərərli tətbiqlərlə yoluxmuş saytlar Hindistanda ən çox ziyarət olunan saytlardır. Hindistan hökuməti isə öz növbəsində bu cür hacker hücumunun olduğunu təsdiqləyib.

    Lakin hökumət hələki bu problemi aradan qaldıra bilməyib. Bundan əlavə olaraq dövlət saytları vasitəsilə nə qədər kriptovalyuta mayninq olunduğu barəsində məlumat da verilməyib. Dövlət domenləri ilə birlikdə həmçinin 119-a yaxın Hindistan internet saytı CoinHive skriptinə yoluxub. Qeyd etmək lazımdır ki, kriptovalyutaların gizli mayninq üsulu hackerlərə nəzərə çarpacaq qədər gəlir gətirir. Hələ 1 ay bundan öncə RWTH Aachen University tədqiqatçıları hesablamışdılar ki, bütün dünya üzrə olan saytlara inteqrasiya olunmuş CoinHive skripti ay ərzində 250000$ dəyərində Monero kriptovalyutasını mayninq edə bilir.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×