Hackerlər istifadəçi məlumatlarının oğurlanması üçün koronavirus panikasından istifadə edirlər

Hackerlər istifadəçi məlumatlarının oğurlanması üçün koronavirus panikasından istifadə edirlər

Texnologiya
15.03.2020 PAYLAŞIM

    Bütün dünyada yayılan koronavirus səbəbilə daha çox insan dünyada baş verən bu hadisədən narahatlıq keçirdir. Onlardan bir çoxu internetdə bu məsələ ilə bağlı cavablar axtarır. İnternetdə isə həmin istifadəçiləri hackerlər gözləyirlər. O hackerlər hansılar ki, istifadəçilərin də xəbərləri olmadan onların kompüterlərinə zərərli proqram təminatlarını yükləyərək istifadəçilərin şifrələrini, gizli kodlarını və hətta bank hesablarını oğurlaya bilirlər. Bu barədə The Next Web saytı xəbər verib.

    Mütəmadi monitorinq səbəbilə bir sıra şirkət məlumat xarakterli saytlar yaradıb ki, insanlar bu və ya digər regionda koronavirusun yayılma səviyyələri barəsində məlumat əldə edə bilsinlər. Hackerlər isə məhz bu cür saytların saxta versiyalarını yaradırlar. Onlar bu cür saytların klonlarını və hətta unikal saxta versiyalarını da yaradırlar. Unikal saxta versiyalarda koronavirus barəsində olan faydalı məlumatları əldə etməkdən əlavə virusun yayılma xəritəsini də yükləmək olar.

Bənzər xəbər


    Məsələ burasındadır ki, yüklənmiş fayl ilə birlikdə istifadəçi həmçinin özəl məlumatların oğurlanması məqsədilə yaradılmış zərərli proqram təminatını da əldə etmiş olur. Adətən bu cür kiberhücumlarda AZORult adlı zərərli proqram təminatı iştirak edir. Sözügedən proqram təminatı hələ 2016-cı ildə aşkar edilmişdi. Bu proqram təminatının əsas üstünlüyü ondan ibarətdir ki, o, şifrələrin, bank və kriptovalyuta hesablarının oğurlanmasını mümkün edir.

    Son zamanlarda AZORult proqram təminatının təkmilləşdirilmiş versiyası aşkar edilib. Belə ki, təkmilləşdirilmiş versiya hansısa istifadəçinin kompüterinə gizli administrator hesabını quraşdıra bilir. Məlumatda qeyd edilib ki, hal hazırda digər resurslar ilə müqayisədə koronavirus ilə bağlı internet domenlərinə 50% daha çox zərərli proqram təminatı quraşdırılır. Bu məsələdə reallaşdırılan kiberhücumlar əsasən Windows əməliyyat sistemi vasitəsilə çalışan kompüterlərə edilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×