
Hackerlər NiceHash adlı servisdən 70 milyon dollar dəyərində bitcoin oğurladılar
Elm & Texnologiya
07.12.2017
Emil
Sloveniyanın NiceHash adlı kriptovalyuta mining servisi hacker hücumu barəsində xəbər verib.
Hacker hücumu nəticəsində virtual
portmanatdan 4.7 min bitcoin oğurlanıb. İndiki məzənnəyə əsasən isə bu, 70
milyondan çoxdur. Bu barədə The Wall Street Journal xəbər verib. Lakin qeyd etmək
lazımdır ki, bitcoinin qiyməti yüksəlməkdə davam edir. NiceHash servisi bütün
öz əməliyyatlarını dayandırmalı olub. Hal hazırda servis komandası servisin
işini yoluna qoymağa çalışır və təhülkəsizlik məsələsinə daha diqqətli
yanaşacağına söz verir. Şirkət həmçinin bildirib ki, bu hadisə ilə bağlı
müvafiq dövlət orqanlarına xəbər verib və eyni zamanda öz istintaqını aparır.
Qeyd etmək lazımdır ki, dünən səhər saatlarında bitcoinin qiyməti 15.000$-ı
keçmişdir. Axşam saatlarında isə onun qiyməti 16.000$-ı keçdi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
