
Hackerlər smart kameralar girişi pulsuz paylayırlar
Elm & Texnologiya
21.06.2017
Emil
Son zamanlarda videomüşahidə üçün nəzərdə tutulmuş smart kameralara böyük tələbat var.
Həmin smart kameralar internetə qoşularaq real zaman ərzində
planetin istənilən nöqtəsində olan sahibinin mobil telefonuna videogörüntünü
göndərir. Kameralar təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulub. Lakin
bununla yanaşı həmin kameralar həmçinin hackerlər üçün də əlverişli cihazlara
çevrilirlər. Çinin dövlət videomüşahidə xidməti bildirir ki, Çində hal hazırda
istənilən şəxs təqribi olaraq 28$-a digər insanları izləməyə imkan verən xüsusi
proqram təminatını əldə edə bilər. Məlumata əsasən bu cür proqram təminatı adətən
videomüşahidələr üçün nəzərdə tutulmuş smart kameraları rahatlıqla skan edərək
onların idarəetməsini ələ keçirə bilir. Bundan əlavə olaraq çinli hackerlər sosial
şəbəkələrdə bununla bağlı böyük qruplar yaradırlar. Həmin qruplarda isə hack
olunmuş cihaz istifadəçilərin login və şifrələri təqdim olunur. Hər gün hackerlər
200-400 hack edilmiş kamera istifadəçilərinin məlumatlarını tamamilə pulsuz təqdim
edirlər. Bu məlumatları isə yüzlərlə insan yükləyir. Həmin siyahılar, proqram
təminatının yalan olmamasını sübut etmək üçün pulsuz şəkildə insanlara
paylanır.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
