
Hackerlər tərəfindən oğurlanmış məlumatlar qara bazarda hansı qiymətə satılır?
Elm & Texnologiya
04.12.2017
Emil
Mütəmadi olaraq hackerlər yüz minlərlə şifrə, login, telefon nömrələri, elektron poçt ünvanları və qara bazarda satılması mümkün digər məlumatları oğurlayırlar.
Bir insanın hansısa hesabının qiyməti 2000 avroya kimi çata bilər. “InfoWatch” şirkətinin tədqiqatçıları qara
bazarda hansı məlumatlara daha çox tələbatın olduğunu öyrəniblər.
Korporativ məlumat:
informasiya sistemlərinə hücum adətən
sifariş əsasında olur. Hackerlər şirkətin əməkdaşları, müştəriləri haqqında məlumatları
oğurlamağa və ya digər vacib məlumatları əldə etməyə çalışırlar. Məsələn bu
ilin Sentyabr ayında Çində 11 milyon özəl məlumat oğurlamış xüsusi qrup dəstəsi
yaxalanmışdı. Bir istifadəçi hesabına görə onlar ortalama 0.11$ əldə edirdilər.
Bank kartları:
Ödəniş məlumatları, kart nömrələri
və bank sistemində olan istifadəçilər haqqında məlumatlara çox tələbat olur.
Lakin bu cür məlumatların oğurlanması da çox təhlükəlidir. Qiymət ödəniş
sistemi, status, kartın növü və s. kimi faktorlardan asılıdır. Bu ilin Sentyabr
ayında hackerlər Sonic Drive-In adlı restoranlar şəbəkəsini hack etmişdilər.
Bir neçə müddətdən sonra isə qara bazarda 5 milyon bank kartı məlumatlarının
axını aşkar edilmişdi. Mütəxəssislər qeyd ediblər ki, onların arasında müştərilərin
bank kartı məlumatları da ola bilər. Ortalama bir kart məlumatının qiyməti 37$
təşkil edir.
İsitfadəçilərin sosial şəbəkə
hesabları:
Sosial şəbəkə istifadəçilərinin məlumatları
az qiymətləndirilsə də, ən irimiqyaslı məlumat sızıntıları məhz bu sahədə baş
verir. Buna görə də ümumi məlumat bazasına görə külli miqdarda pul almaq olar.
Bu ilin Avqust ayında hackerlər 6 milyon Instagram istifadəçisinin məlumatlarını
oğurlamışdılar. Onların arasında məşhur insanların hesabları da var idi.
Hackerlər xüsusi saytdan istifadə etmişdilər. Həmin sayt vasitəsilə istənilən şəxs
digər insan barəsində məlumatları əldə edə bilərdi. Bir axtarış sorğusu üçün
hackerlər bitcoin vasitəsilə 10$ ödəniş tələb edirdilər.
Tibbi kartlar:
Tibbi məlumatlara böyük tələbat
var. Adətən insanlar barəsində külli miqdarda məlumatlar əldə etmək olur.
Onların adları, ünvanları, sığorta nömrələri, telefon nömrələri və s. digər şəxsi
məlumatıar. Bu ilin May ayında hackerlər Litvada yerləşən Grozio Chirurgija
adlı plastik klinikasının məlumat bazasını oğurlamışdılar. Həmin məlumat
bazasında 25.000-ə yaxın müştərinin məlumatları var idi. Qara bazarda məlumat
bazasını 300 bitcoinə satırdılar. Klinikanın bir müştərisinin məlumatlarını isə
2000 avro qiymətinə satırdılar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
