Hackerlər 'Tesla'nın resurslarını hack edərək kriptovalyuta mayninq ediblər

Hackerlər 'Tesla'nın resurslarını hack edərək kriptovalyuta mayninq ediblər

Texnologiya
21.02.2018 PAYLAŞIM

“Tesla” şirkətinin Amazon Web Services bulud servisindəki hesabı hack olunub.

    Lakin hackerlər konfidensial məlumatları oğurlamaq əvəzinə gizli şəkildə kriptovalyuta mayninqi ilə məşğul olmağa qərar veriblər. Hack olunmanı isə “RedLock” şirkəti aşkar edib. Hackerlər bulud servisinə yolu “Tesla”nın Kubernetes adlı servisindəki hesabı vasitəsilə tapıblar. Həmin servisdəki şirkət hesabı isə öz növbəsində şifrə ilə qorunmurdu.

    Şirkət Kubernetes-də Amazon Web Services-a olan giriş və şirkət avtomobilləri haqqında məlumatları saxlayırdı. Hackerlər CloudFlare servisi vasitəsilə mayninq serverlərinin real IP-lərini gizlədiblər. Daha sonra onlar aşağı enerji sərfiyyatı üçün mayninq proqram təminatını tənzimləyiblər və prosesin gizli qalması üçün digər tədbirləri də görüblər. Mütəxəssislər bu barədə şirkətə məlumat veriblər və problem tez bir zamanda aradan qaldırılıb.


    “Tesla” bildirib ki, bu hadisə əsnasında istifadəçilərin məlumatları oğurlanmayıb və yalnız şirkət daxilində test edilən avtomobillərin məlumatlarını əhatə edib. Bu boşluğun aşkar edilməsinə görə şirkət “RedLock” mütəxəssislərinə 3133.7$ vəsait ödəyib. Nəticədə hackelərin nə qədər müddətdə və hansı qiymət göstəricisində kriptovalyuta mayninqi ilə məşğul olduqları barəsində şirkət heç bir məlumat verməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..


Xiaomi bütün gövdəsi ekrandan ibarət yeni nəsil Mi Band X üzərində çalışır..

Xiaomi daxilində bağlı təqdimat keçirilib və həmin təqdimat çərçivəsində yeni nəsil Mi Band qolbağı ..


Kompüter ilə çalışmaq üçün olan beyin interfeysinin insanlar üzərində testinə st..

ABŞ-ın Səhiyyə Nazirliyinin tərkibinə daxil olan FDA agentliyi Synchron şirkətinin neyrointerfeysini..


Snapdragon 898 flaqman prosessoru AnTuTu testində 1.000.000 xal toplama potensia..

Qualcomm şirkəti hələ özünün yeni mobil flaqman prosessorunu təqdim etməyib. Buna baxmayaraq interne..


Keçmiş OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi ilk naqilsiz qulaqlıqlar..

OnePlus şirkətinin keçmiş həmtəsisçisi Carl Pei bir neçə müddət bundan öncə özünün Nothing adlı yeni..

×