Hackerlərin kiberhücum üsullarını onların özlərinə qarşı istifadə edən sistem yaradılıb

Hackerlərin kiberhücum üsullarını onların özlərinə qarşı istifadə edən sistem yaradılıb

Texnologiya
02.03.2020 PAYLAŞIM

    Hackerlər tərəfindən olan kiberhücumlar günü-gündən daha da qəlizləşərək dövlət və kommersiya müəssisələrinə ciddi zərər vururlar. Kibercinayətkarlardan qorunmaq tədbirləri çərçivəsində adətən bloklayıcı üsullardan istifadə olunur. Lakin çox zaman bu üsullar da effektiv olmurlar. Amerikalı tərtibatçıların yaratdıqları yeni sistem isə hackerlrərin kiberhücumlarını bloklamaq əvəzinə öz təhlükəsizlik sistemini təkmilləşdirmək üçün hackerlərin zərərli proqram təminatlarından istifadəni öyrənir. Bu barədə Utdallas.edu saytı xəbər verib.

    DEEP-Dig (DEcEPtion DIGging) adlı üsul hackerlərin cəlb olunacağı xüsusi saytın yaranmasına əsaslanır. Bu cür resursa daxil olan hacker bütün öz proqram təminatını özünü təkmilləşdirməyi bacaran sistemə yükləyir və həmin sistem əldə edilmiş bacarıqları hackerlər ilə mübarizədə tətbiq edir. “Bizim şəbəkələrimizə mütəmadi şəkildə hücum etməyə çalışan cinayətkarlar var. Biz isə bu halları neqativ hallar kimi nəzərə alırıq. Onları bloklamaq əvəzinə biz, sözügedən hackerləri pulsuz əmək bazarı kimi qəbul edə bilərik. Onlar bizlərə zərərli proqram təminatlarının necə göründükləri barəsində məlumatları verirlər. Bu isə pulsuz şəkildə olan dəyərli məlumatlar bazasıdır” - deyə yeni sistemin yardıcıları qeyd ediblər.


    DEEP-Dig sürətli şəkildə böyüyən kibertəhlükəsizlik sahəsi hesab edilir. Bura hackerlər üçün nəzərdə tutulmuş tələləri özündə birləşdrən bir növ yalançı texnologiyalar daxildirlər. Adətən kibercinayətkarlar ilk növbədə sadə üsullardan istifadə edirlər və daha sonradan daha qəliz kiberhücum üsullarına əl atırlar. Mövcud olan təhlükəsizlik sistemlərinin çoxu həmin kiberhücumları bloklamağa çalışır. DEEP-Dig isə hackerlərin istifadə etdikləri müxtəlif kiberhücum üsulları barəsində daha çox məlumat vermərə şərait yaradır. Tərtibatçılar qeyd ediblər ki, əgər hacker anlasa ki, o, onun üçün yaradılmış tələ xarakterli sayta daxil olub, DEEP-Dig yenə də hackerin öz izini necə itirməsi barəsində məlumatları əldə edə biləcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×