
Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po
Elm & Texnologiya
01.08.2021
Farid
Telefon və kompüter. Gündəlik həyatımızda ən çox ehtiyyacımız olan 2 texnologiya. Hər ikisinin işləməsi üçün ən vacib olan detal batareyadır. Yəqin ki, lityum-iyon və lityum polimer batareya terminlərini eşitmisiniz. Bəs hansı daha yaxşıdır? Niyə bəzi istehsalçılar lityum-iyon batareya istifadə edərkən bəzisi lityum polimer istifadə edir? Bütün bu sualların cavabı sizə maraqlıdırsa, gəlin başlayaq.
Hal-hazırki elektronik cihazlarda istifadə edilən batareyalar 2 növə bölünür: Lityum-İyon və Lityum polimer batareyalar. Hər iki bateraya tipinin müsbət və mənfi tərəfləri var. Smartfon və kompüter istehsalçılar da bu xüsusiyyətlərinə görə seçim edirlər.
Lityum-iyon batareyalar daha qədim keçmişə malikdir. Bu səbəbdən bu batareya növü bizə daha çox tanışdır. Lityum-iyon batareyaların istehsalı ucuzdur. Bu səbəbdən bəzi smartfon istehsalçıları smartfonun qiymətini endirmək üçün Li-ion batareyalardan istifadə edir. Həmçinin bu batareyalar özlərində daha çox enerji saxlaya bilirlər və daha yüngül olurlar. Elə bu səbəbdən Apple şirkəti də smartfonlarında Lityum-iyon batareyalardan istifadə edir.
Lakin bu batareyaların bəzi mənfi xüsusiyyətləri də var. Məsələn yüksək temperatura qarşı daha həssasdırlar. Əgər smartfonunuz çox qızırsa bu batareyanın ömrünə də təsir edəcəkdir. Bir digər mənfi cəhəti isə odur ki, bu batareyaların ömrü istehsal edildiyi dəqiqədən etibarən başlayır. Lakin yenə də ən uzun istifadə ömrü olan batareya növü Lityum-iondur.
Lityum-polimer batareyalar qismən yeni batareyalardır. Bu batareyalar əsas olaraq noutbuklarda istifadə edilmək üçün hazırlanmışdı. Lakin sonradan smartfonlarda da istifadə edilməyə başlandı. Lityum-iyon batareyalardan əsas fərqi daha bahalı olmasıdır. Bu səbəbdən çox vaxt flaqman səviyyəsindəki smartfonlarda istifadə edilir. Bir digər fərqli cəhəti isə bu batareyaları istənilən formaya salmaq mümkündür. Ona görə də qatlana bilən smartfonlarda bu batareyalardan istifadə edilir.
Bundan başqa Lityum iyon batareyalar kimi temperatura qarşı həssas deyillər. Yüksək temperaturlarda belə effektiv olaraq istifadə edilə bilir. Əlavə olaraq batareyanın ömrü istesahl ediləndə yox cihaz işə salındığı andan etibarən başlayır. Mənfi tərəflərinə gəldikdə isə Lityum iyon batareyalara nəzərən daha az enerji saxlayırlar. Həmçinin bu batareyalarda şişmə, partlama kimi hallar daha çox ola bilir.
Bəs sizin cihazda hansı növ batareya var? Fikirlərinizi bizimlə rəylərdə bölüşməyi unutmayın. Daha çox faydalı və texnoloji məlumat üçün isə bizim Youtube kanalımza abunə olun və bildirişləri açın ki, texnoloji məlumat olanda ilk xəbərdar siz olasınız.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
