Logo
    main-post-cover

    "Harry Potter" film seriyasındakı görünməzlik mantiyasına bənzər material hazırlanıb

    Elm & Texnologiya
    09.12.2024
    Emil
         Çin Elektron Elmlər və Texnologiyalar Universitetinin mütəxəssisləri işıq dəyişiminə cavab olaraq rəngini dəyişə bilən material hazırlayıblar. Bu material faktiki olaraq səkkizayaqlı və buqələmun kimi ətraf mühitlə uyğunlaşa bilir. Başqa sözlə desək bu, “Harry Potter” film seriyasındakı görünməzlik mantiyanı xatırladır. Hazırlanmış materialda bütün proses molekulyar səviyyədə baş verir. Nəticədə material kənar enerji mənbəyi və elektronika olmadan işıqlanmaya adaptasiya ola bilir. Mütəxəssislər bu mexanizmi “özü-özünə uyğunlaşan fotoxromizm” adlandırıblar.
         Bu mexanizmin məğzi işığın müəyyən uzunluqlu dalğalarının təsirləri altında öz strukturunu dəyişə bilən molekulyar birləşməyə əsaslanır. Bu öz növbəsində insan gözləri üçün görünməzlik effektini formalaşdıraraq materiala ətraf mühitlə uyğunlaşmaq imkanını verir. Bu materialın hazırlanmasında mütəxəssislər təbiətdən ilhamlanıblar. Təbiətdə səkkizayaqlılar və buqələmunlar ətraf mühitə uyğunlaşmaq üçün təbii kamuflyajdan istifadə edirlər. Hal-hazırda mövcud olan bahalı kamuflyaj sistemlərindən fərqli olaraq özü-özünə uyğunlaşan fotoxromizm mexanizmli bu material daha aşağı qiymət müqabilində eyni effekti təmin edir.
    Paylaş